Partnyorlar » "Facemark.az" saytı "Davos DKF 2016"nın media partnyoru oldu
Tarix : 2015-11-17 14:02:33 | Baxılıb : 688
Font Ölçüsü:   |  

İsveçrədəki, 7-ci Davos Dünya Kommunikasiya Forumu üçün hazırlıqlar bütün gücü ilə davam edir. 8-9 Mart 2016-cı il tarixində bütün dünyanın peşəkarları qlobal kommunikasiya sahəsindəki trendləri müzakirə etmək üçün yenidən bir araya toplaşacaq. Tədbirin proqramı sənayenin gələcəyi üçün ekspertlərə müxtəlif məzmun və təbliğat imkanları təmin edir. İştirakçılar beynəlmiləl brendlərdə məna əlavə etməyi, maraqları birləşdirməyi, dünya ilə şəhər hekayə danışmağı inteqrə etmək, sosyal mediada böhran dönəmini necə idarə etməyi və s. informasiyaları öyrənəcək.

Ənənəvi olaraq Davos DMF Gələcək üçün Kommunikasiya (Communication for Future – C4F) Davos Mükafatlandırma mərasimini də keçirəcəkdir. Bu dəfə diqqətə layiq yaradıcılığı və gələcəyin kommunikasiyasının unikal vizyonunu üzə çıxarmaq üçün iki əsas qrupda 23 kateqoriya təklif olunur: Şəxsi (qlobal kommunikasiya sənayesinə güclü təsiri olan şəxslər) və Korporativ (effektivlik və peşəkarlıq üçün standartları təyin edən şirkətlər). Mustapha Khalfi, Mərakeşin dövlət sözçüsü və kommunikasiya naziri: "Mən şübhə etmirəm ki, Dünya Kommunikasiya Forumu tarixdə yeni həyəcanverici dünya üçün yeni həllər təqdim edən platforma kimi öz yerini təmin edib". Paul Holmes, Dünyada tanınmış PR sənaye qurucusu: "Açığı bilmirəm onlar bunu necə ediblər, amma bir neçə il ərzində təşkilatçılar sənayenin ən canlı, maraqlı və təsirli tədbirini təşkil ediblər. Bu forum tamamilə fenomenaldır". Davos DKF M3 Communications (Bolqarıstan), Kaiser Communication (Almaniya), Capital Communications (Macarıstan), CROS (Rusiya), Grou-AGAMA (Ukrayna), Don Valley (CAR), SPEM Communications (Sloveniya), Manifesto Communications (Türkiyə), Cyber Gear (BƏƏ), RADA Research & PR (Misir), First House (Norveç) kimi ekskluziv tərədaşlar tərəfindən dəstəklənir.

Daha ətraflı məlumat üçün: www.forumdavos.com

Facebook: http://www.facebook.com/WorldCommForumDavos

Twitter: http://www.twitter.com/WorldCommForum

YouTube: http://www.youtube.com/forumdavoscom

Əlaqə:

Valentina Atanasova, Project Manager of the World Communication Forum in Davos
Comms with Speakers & Committee, Partnerships, Website content, SM, PR
Mobile: (+359) 884435044, 885033444, Skype: ataval.bg

Xatırladaq ki, "Facemark.az" saytı "Davos DKF 2016"nın media partnyoru oldu.

Bu bölməyə aid digər xəbərlər.