digimark » "Google" YouTube üçün yeni videoreklam formatı hazırlayıb
Tarix : 2016-09-20 00:23:26 | Baxılıb : 673
Font Ölçüsü:   |  

“Google” YouTube-da TrueView for action adlı yeni format videoreklam hazırlayıb ki, onun köməyi ilə reklamverənlər çarxa hərəkət üçün müraciət düyməsinə malik brendləşdirilmiş banner əlavə edə biləcəklər. Alıcıların isə, öz növbəsində birbaşa olaraq videodan məhsul almaq imkanı olacaq.

Hazırda format beta rejimində işləyir və yalnız bəzi reklamçılar üçün mövcuddur, test bu ilin sonuna qədər davam edəcək. Xidmət yaradıcıları bildirir ki, gələcəkdə xidmətdən hər kəs istifadə edə biləcək. Onun məqsədi Youtube-da çarxın izlənilməsi zamanı, əlavə olunmuş "almaq" və ya "səlahiyyət" düymələrinin köməyi ilə reklamı daha cəlbedici və satılan etməkdir.

TrueView for action hazırlanma ideyası Google-un tədqiqatlarından sonra yaranmışdır. Tədqiqatlar göstərmişdir ki, hər ay təxminən 70 milyon insan məhsul almazdan əvvəl daha ətraflı məlumat almaq üçün YouTube-u ziyarət edir. 18 – 54 yaş arası 47% amerikalılar video xidməti alış veriş qərarlarının qəbul edilməsində köməkçi hesab edir.

Google YouTube-da reklamı təkcə markanın qurulması üçün əlverişli etmək deyil, həm də daha çox satılan etmək istəyir. Şirkət ümid edir ki, satıcılar insanları daha fəal alış-veriş etməyə cəlb edəcək. Yeni alətlər məhs bu məqsədlə hazırlanır.

Bu bölməyə aid digər xəbərlər.