digimark » "Kaspersky Lab" 2017-ci ildə DDoS hücumların azalmasını qeydə alıb
Tarix : 2017-05-22 16:57:01 | Baxılıb : 374
Font Ölçüsü:   |  

"Kaspersky Lab" şirkətinin hesabatına əsasən, 2017-ci ilin birinci rübündə ilin başlanğıcı üçün ənənəvi olaraq DDoS hücumlarının azalması qeydə alınıb. Lakin təhlükənin ümumi inkişaf istiqamətini ekspertlərin proqnozlarını təsdiqləyir. Keçən ilin analoji dövrü müqayisədə hücumların sayı və mürəkkəbliyi artmaqda davam edir.

2017-ci ilin ilk üç ayında "Kaspersky DDoS Intelligence" sistemi 72 ölkədə yerləşən hədəflərə hücumlar qeydə alıb.

Botnetlərlə idarəetmə serverlərinin sayına görə Cənubi Koreya birinci, ABŞ isə ikinci yerdədir. 2015-ci ilin aprel ayından bəri Hollandiya ilk üçlükdə olan və hazırda siyahıda yeddinci mövqedə iştirak edən Çini əvəz edib. Rusiya dördüncü yerdə qərarlaşıb. Bundan başqa, komanda serverinin sayına görə 10 ölkə siyahısından Yaponiya, Ukrayna və Bolqarıstan çıxarılıb. Onları Honkonq, Rumıniya və Almaniya əvəzləyib.

Əməliyyat sistemləri üzrə bölüşdürülmə də bu rüb dəyişilib. "Linux" əsaslı İnternet cihazlardan botnetləri sıxışdıraraq "Windows" -botlar ön sıraya çıxıblar: onların payı son rübdə 2017-ci ilin yanvar-mart aylarında 25% -dən 60% -dək artıb.

Hesabat dövründə heç bir gücləndirici hücumlar qeydə alınmayıb, lakin şifrələnmədən istifadə olunan hücumların sayında artım olub. Bu, "Kaspersky Lab" ın ötənilki proqnozuna uyğundur: mürəkkəb DDoS hücumlarına daha tez-tez rast gəlinir ki, bu hücumları da standart qoryucu vasitələrlə aşkarlamaq çətindir.

Ümumiyyətlə, ilin əvvəli kifayət qədər sakit keçib - ən çox hücüm (994) fevralın 18-də müşahidə olunub və hücum müddəti üçün rekord 120 saat təşkil edib. Bu, 2016-cı ilin dördüncü rübü ilə müqayisədə azdır, belə ki, o vaxt uzunmüddətli hücum 292 saat davam etmişdi.

"İlin əvvəli ənənəvi DDoS hücumların sayının nəzərəçarpacaq azalması ilə xarakterizə olunur - bu trend artıq beş ildir davam edir. Bu onunla bağlı ola bilər ki, cinayətkarlar və ya onların sifarişçiləri tətilə çıxırlar. Lakin gözlənilən azalmağa baxmayaraq 2016-cı ilin ilk rübü ilə müqayisədə bu ilin yanvar-mart aylarında daha çox DDoS-hücumları qeydə alınıb, bu da öz növbəsində onların sayının artması faktını təsdiqləyir. Ona görə hələ də rahat nəfəs almaq vaxtı deyil, kibercinayətkarlar öz iş ritmlərinə qayıtmazdan əvvəl biz öz müdafiə sistemlərimizi düzgün qurmalıyıq ", - deyə" Kaspersky DDoS Prevention "un Rusiyadakı meneceri Aleksey Kiselyov bildirib.

"Kaspersky Lab" tərəfindən hazırlanmış "Kaspersky DDoS Prevention" proqramı İnternet resurslarını, demək olar ki, istənilən mürəkkəbliyi və gücə malik olan DDoS hücumlarndan effektiv və çoxsəviyyəli müdafiə sistemi ilə təmin edir.

"Kaspersky DDoS Prevention" da hazırlanmış müdafiə sisteminin prinsipi ona əsaslanır ki, kanalın yüklənməsi və resursun istifadəsini çətinləşdirən bütün xoşagəlməz yol paylaşdırılmış filtr mərkəzlərindən keçirilərək elə orada qalır. Beləliklə, qorunan resurs yalnız istifadəçilər tərəfindən qanuni sorğuları qəbul edir və hətta hücum zamanı da çalışa bilir.

Bu bölməyə aid digər xəbərlər.