Buna bir ad ver » "Marketing AİR 10"a qeydiyyat başladı
Tarix : 2017-01-04 13:44:12 | Baxılıb : 847
Font Ölçüsü:   |  

Azərbaycanda ilk praktik marketinq seminarı olaraq fəaliyyət göstərən "Marketing AİR" mart ayının 1-dən etibarən yenidən təlimlərə start verir. Xatırladaq ki, son 5 ildə artıq 9 belə praktik marketinq təlimləri keçirilmiş və indiyədək 400-dən çox məzunu olmuşdur.

Təlimlərin konsepsiyası dörd amilin üzərində dayanır. Belə ki, bu təlimlərdə Biznes, İdarəetmə, Marketinq və Praktik yanaşma üzərində tədris həyata keçiriləcəkdir. Təlimlərdə 20 seminar olmaqla 4 əsas mövzu əhatə edilir. Bu mövzularda Biznesin yaradılma alqoritmi, idarəetmə prosesində olan məsələlər və Marketinq tədris ediləcəkdir. Həmçinin təlimlər zamanı Azərbaycan şirkətlərinin top menecerləri tərəfindən sırf praktikaya əsaslanan 5 masterklass nəzərdə tutulmuşdur.

Təlimçilər:


Təlimləri "German Studio" şirkətinin Rəhbəri İlkin Manafov, "DəmirBank ASC"nin Marketinq Direktoru Anar Bayramov və "Gilan Holding"in Strateji Marketinq Direktoru Rafiq Vəliyev keçirəcəkdir.


Məkan və vaxt:


"DəmirçiPlaza"da keçiriləcək təlimlərdə innovativ tədris konsepsiyası tətbiq ediləcək. Təlimlərdə milli biznes-keys və ev tapşırığı olacaq. Belə ki, tədris zamanı dinləyicilər yalnız milli keyslər, praktik yanaşmalar deyil, həmçinin verilən ev tapşırıqları əsasında mövzularla daha dərindən tanış olacaqlar. Təlimlər həftədə 3 dəfə olmaqla saat 19:00-da başlayıb 21:00-da bitəcəkdir.

Mövzular:

1. Biznes istiqaməti üzrə olan 5 mövzuda əsasən, yeni biznes yaradılma alqoritmləri, biznesin həyat tsiklinə görə yanaşmalar və mövcud bizneslərin inkişafı barədə təlimlər veriləcəkdir. Ümumi olaraq 3 ev tapşırığı nəzərdə tutulur.

2. İdarəetmə istiqaməti üzrə olan təlimlərimizdə liderlik, biznesdə idarəedilmə sistemləri, idarəetmədə dayanıqlı inkişaf modelləri barədə söhbət açılacaq.

3. Marketinq istiqaməti üzrə olan təlimlərdə əsasən marketinqdə motivasiya elementləri və satış, marketinq kommunikasiyaları, satışa yönəlik marketinq aktivlikləri və yeni-mediyalar haqqında olan fikirlər əsas mövzular olacaqdır.

"Marketinq AİR" təlimlərində ilk dəfə olaraq qlobal təcrübədə tətbiq edilən Steinbeis Qlobal Institutut tərəfindən patentləşdirilmiş İM lead modeli də tətbiq ediləcək. Bu model özündə mövzuların birbaşa olaraq təlimdə iştirak edənlərin ehtiyaclarına uyğunlaşdırılması, prezentasiyalarda xüsusi səs-effektlərindən istifadə və ev tapşırıqlarının verilmə qaydalarını əks etdirir.

Qeydiyyat:


Təlimlərdə qeydiyyat Facemark.az saytında http://marketingair.facemark.org/ linki vasitəsilə mümkündür. Linkdə xüsusi yerləşdirilmiş cədvəli doldurmaq lazımdır. Qeydiyyat 25 Fevral 2017-ci il tarixində bitir. Təlim isə 01 Mart tarixindən başlayaraq 2 ayərzində 20 mövzu üzrə davam edəcəkdir.

İştirak haqqı:


Marketing AİR təlimlərində iştirak haqqı 250 azn-dir. Şirkətlər üçün xüsusi, sərfəli korporativ paketlər də nəzərdə tutulmuşdur.

Əlaqə vasitəsi:


Təlimlərlə bağlı hər hansı sual və məlumat üçün marketingair@facemark.az mailinə yaza və ya 077 480 01 08 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bu bölməyə aid digər xəbərlər.