VirDuel » "New York Festivalı"nın prezidentdi Michael O’Rourke ilə müsahibə
Tarix : 2015-02-12 10:20:04 | Baxılıb : 2776
Font Ölçüsü:   |  

New York Festivalı bu il möhtəşəm kuboku açıqladı, niyə məhz indi və yeni dizayna ilk reaksiyalar necə oldu?

Reaksiyalar həqiqətən də əla oldu. Yeni mükafat standard kuboklardan daha baxımlıdır və özündən söz etdirməyə başlayıb artıq. Bu dünyanın ən multikultural şəhəri və reklamın paytaxtı olan NyuYorkun ikonasıdır.

Kubok 4 müxtəlif ölçüdə hazırlanıb və müxtəlif uğurlara görə müxtəlif kuboklar verilir. Tək mükafat tək bir binanı ifadə edir və həmçinin də tək uğurlu işi, amma göydələn agentliyin uzun müddətli yaradıcılığını və sənayedəki ümumi uğurunu simvolizə edir. Və əlbəttə ki, proyektorda nəinki qaliblərin adları, həmçinin kampaniyada əməyi keçən bütün insanların adları göstərilir. Bu ənənəvi mükafatların qəlibini sındırır və biz həril May ayında bu mükafatları təqdim etməkdən qürur duyuruq.

Yeni kubokun dizaynını hazırlamaq üçün Sagmeister & Walsh dizayn komandasını NYF necə seçdi və belə rəmzi kubokun seçilməsində prosesənələr cəlb olundu?

Dizayn ilə əlaqəli olan hər kəs Stefan Sagmeisteri tanıyır. Və əgər, onlar Sagmeisteri tanıyırlarsa deməli onun çox istedadlı həmkarı Jessica Walshı da tanıyırlar. Bizim məqsədimiz ənəni pozub, dərin ifadə vermək idi və orada Sagmeister və Walshdan daha yaxşı seçim yox idi. Onlar həqiqətən də istedadlı dizaynerlərdilər. Və bundan başqa onlar kifayət qədər çox mükafatlar qazanıblar ki, bu da onları “köhnənin ustadı” adlandırmağa kifayət edir. Onlar kubokun qalibə bəxş etdiyi mənaya yeni perspektiv gətirdilər.

2015-ci il yarışmasında nə kimi yenilikər gözlənilir? Yeni yaranan trendlərə uyğun olaraq NYF yeni kateqoriyalar üzrə yarışlar başladacaqmı?

Hər il etdiyimiz kimi, bu il də, daxili araşdırmalarımız və reklam camiyəsindən aldığımız qeydləri birləşdirərək sənayedə olan dəyişiklikləri nəzərə alıb kateqoriyaları dəyişdirdik və dormalaşdırdıq. Buna əsasən biz, səbrsizliklə qablaşdırma dizaynının dizayn kateqoriyasından ayrıldığını elan etmək istəyirik və bununla bu xüsusi istiqamətin əhəmiyyətini qeyd etməyə çalışırıq.

Qablaşdırma – mağaza rəflərində dayanan üç ölçülü nəsnələrdir. Qablaşdırma dizayn etmək poster və ya web sayt dizayn etməkdən tamamilə fərqlənir. Qablaşdırma dizayn edərkən qablaşdırmanın strukturu, qabın forması və istehlakçıların onu necə istifadə edəcəyini nəzərə almaq mütləqdir. Dizayn və istifadə bir-birini tamamlamalıdır.

Reklam sənayesinin yaradıcı liderləri dünyanın hansı hissəsindən daha çox peyda olurlar? Münsiflər heyyətində saatlarla dünyanın top yaradıcı liderləri ilə birlikdə oturan bir insan kimi, sizin təcrübənizə əsasən hansı ölkələr daha çox mükafat qazanırlar? Ən yaxşılar kimlərdir?

Dürüst olsaq mən inanmıram ki, ən yaxşılar hansısa xüsusi regionlardan gəlir. Hər kəs möhtəşəm işlər görür. Mən inanıram ki, möhtəşəm yaradıcılar hər yerdə var, və indi işləri daha maraqlı etmək üçün əvvəlkindən daha çox imkanlar var.

İşlərin qiymətləndirilməsi üçün kriteriyalar nələrdir?

Hər bir iş, öz dəyərinə görə qiymətləndirilir, bu o deməkdir ki, daxil olan işlər, bir-birlərinə qarşı rəqabət aparmırlar, iştirak etdikləri kateqoriyalar üzrə ayrı-ayrılıqda mükafata layiq olub olmadıqlarına görə qiymətləndirilirlər. Juri üzvləri hər bir daxil olmuş işə, bərabər bölünmüş ağırlıqda səslər verirlər və bu 3 kateqoriya aşağıdakı kimidr: İdeya/Judges give each entry three separately weighted scores, one for each of these distinct criteria: Idea/icra, Brend/Bazara uyğunluq və İstehsalat/Uyğunluq. Bu patentləşdirilmiş qiymətləndirmə sistemi ilə, jüri işləri instinkti olaraq qiymətləndirir və işləri hansı kriteriyaya cavab verməsinə görə qiymətləndirir.

Bu bölməyə aid digər xəbərlər.