Partnyorlar » "P World" ilə Facemark.az arasında əməkdaşlığın yeni mərhələsinin təməli qoyuldu
Tarix : 2015-10-13 10:28:42 | Baxılıb : 605
Font Ölçüsü:   |  

11 Oktyabr 2015-ci il tarixində "P World" şirkəti ilə Facemark.az portalı arasında olan əməkdaşlığın yeni mərhələsinin təməli qoyuldu. Belə ki, bundan belə "Facemark.az" portalı "P World" şirkətinin Azərbaycan, Tükiyə və İranda keçirəcəyi bütün Marketinq və PR tədbirlərin media dəstəkçisi olacaqdır. Bundan başqa Azərbaycanlı iştirakçılar "P World"ün Türkiyə və İranda keçirəcəyi Marketinq və PR tədbirlərində iştirak etmək istədikdə biletləri 10% endirimlə əldə edəcəklər.

Qeyd edək ki, P World Azərbaycanda keçirilən ilk qlobal marketinq tədbiri olan "Marketing Kingdom"un təşkilatçısıdır və bu il bu tədbiri 3-cü dəfə paytaxtımız Bakıda təşkil etmişdir. Bundan başqa P World şirkəti Avropa, Asiya və Afrikanın 20-ə yaxın ölkəsində Marketinq, PR (ictimaiyyətlə əlaqələr) və HR (insan resursları) mövzularında bir neçə günlük tədbirlər təşkil etmişdir. Şirkətin qonşu ölkələrdə hal-hazırda vaxtı dəqiq bilinən tədbirləri aşağıdakılardır:

Qlobal Marketing Summit

21 – 22 Noyabr 2015

Tehran, İran

http://www.thepworld.com/pevents/event/105/global-marketing-summit

Qlobal PR Trends Summit 3

25 – 26 Fevral 2016

İstanbul, Türkiyə

http://www.thepworld.com/pevents/event/110/global-pr-trends-summit-3

Bu bölməyə aid digər xəbərlər.