bu işdə bir niş var » "Samsung" smartfonları gözü seçəcək
Tarix : 2015-03-31 10:00:29 | Baxılıb : 1141
Font Ölçüsü:   |  

Cənubi Koreyanın "Samsung" şirkəti mobil qurğu istifadəçilərinin eyniləşdirməsini gözün qüzehi qişasının skan edilməsi yolu ilə həyata keçirməyə imkan verən Iris on the Move (IOM) texnologiyasını lisenziyalaşdırıb.

Yeni biometrik texnologiya Stenford Elmi Tədqiqat İnstitutu, müxtəlif innovasiyalı layihələrlə məşğul olan "ABŞ"ın qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb. İstehsalçı bəyan edib ki, "Iris on the Move" texnologiyası barmaq izinin qeydə alınması üçün smartfonlarda tətbiq edilən daktiloskopik sensorlarla müqayisədə 1000 dəfə daha yüksək dəqiqliyi təmin edir.

"Samsung Galaxy Tab Pro 8.4" aparatı gözün qüzehi qişasının skanerinə malik ilk cihaz olacaq. Şirkətin mini-kompüteri 2560x1600 piksel təsvir ölçülü 8,4 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli Snapdragon 800 prosessoru, 2 QB əməli yaddaş, 32 QB-lıq fləş modul, 2 və 8 meqapiksellik matrislə təchiz edilmiş kameralar, Wi-Fi a/b/g/n/ac və Bluetooth 4.0 simsiz şəbəkə adapterləri, həmçinin GPS/GLONASS qəbuledicisi ilə təchiz edilib. Sözügedən model Aprelin 17-də təhlükəsizlik məsələlərinə həsr edilmiş ISC West 2015 konfransında nümayiş etdiriləcək.

Bu bölməyə aid digər xəbərlər.