sərgi, festival və konfranslar » "Sberbank-Texnologiyalar" dizaynerlər və UX-mütəxəssisləri beynəlxalq dizayn-hakatonda iştirak etməyə dəvət edir
Tarix : 2016-07-15 13:10:46 | Baxılıb : 490
Font Ölçüsü:   |  

Tədbirə rus və xarici dizaynerlər və UX-mütəxəssislər dəvət olunur. İştirakçılar Sberbank IT-platformasının Vahid Frontal Sistemi (VFS) əsasında həll yollarını inkişaf etdirəcək. VFS həllinə marketplace, machine learning, Big Data texnologiyalarını, ağıllı informasiyanın işlənməsi ssenariləri və müştərilərlə iş modelləri daxildir. Bütün bunlar Sberbankın müştərilərinə pəncərə formatında çoxkanallı xidməti təmin edir. Hal-hazırda nə Rusiyada, nə də dünyada VFS platformanın analoqu yoxdur.

Yaxşı işlərin müəllifləri Moskvada Di Telegraphda, 30-31 iyul 2016-da keçiriləcək dizayn Hakatonun daxili mərhələsində iştirak etmək üçün dəvət olunacaq. Ən kreativ ideyalar tədbirin tərəfdaşları tərəfindən hədiyyələrlə - peşə hazırlığı üçün sertifikatlarla təltif olunacaqlar. Qalib 200 min rubl məbləğində əsas mükafatı qazanacaq.

Müsabiqədə iştirak etmək üçün tədbirin saytında qeydiyyatdan keçmək və seçim turunun tapşırıqlarını həll etmək lazımdır. Cavablar tədbirin saytında və ya efs-hack@yandex.ru. elektron ünvanda 20 iyul 2016-dək qəbul olunur.

Müsabiqənin mentor və münsiflər heyəti qismində xarici ekspertlər və Sber Texin web dizaynla məşğul olan R&D laboratoriya əməkdaşları çıxış edəcək. Laboratoriya mütəxəssisləri bütün interfeysin dizaynını təmin edir və xarici Sberbankın inkişafında (Sberbank online, mobil tətbiqetmələr və s.) iştirak edir. R&D laboratoriya komandasının qərarları mütəxəssis icması tərəfindən yüksək qiymətləndirilir ki, bunu da WebAward 2015 və IPMA 2015 (International Project Excellence Award) kimi beynəlxalq mükafatlar təsdiq edir.

“Qarşıdan gələn Hakaton - yalnız maraqlı deyil, həm də maliyyə və texniki sahə üçün son dərəcə əhəmiyyətli hadisədir. "Sberbank Texnologiyalar"ın məqsədlərindən biri müştərilər üçün “Sberbank” xidmətlərini maksimal dərəcədə rahat etmək kimi məsələlərin həlli yolunu tapmaqdır. İştirakçılar üçün bu - professional təcrübə əldə etmək, həmçinin yerindəcə məhsulu test etmək üçün unikal imkandır.” – “Texnologiyalar” blokunun baş icraçı direktoru, Sberbankın “Vahid Frontal Sistemi” proqramının başçısı Yelena Baturova bildirib.

Media üçün Əlaqə:

Natalya Filippova

Korporativ komunikasiya şöbəsi

NVFilippova.SBT@sberbank.ru

+7 (977) 424-77-65

Sberbankın filialı olan "Sberbank-Texnologiyalar" Səhmdar Cəmiyyəti (ASC "SberTex" CBT) - proqram təminatının hazırlanması və həyata keçirilməsi ilə məşğul olan, Rusiyanın ən böyük İT şirkətlərindən biridir.

Yaranma tarixi - 6 iyul 2011-ci il.

Rusiyanın 13 şəhərində və Minskdə 7500-dən çox əməkdaşları vardır. Baş ofis Moskvada yerləşir, həmçinin şirkətin ofisləri rusiyanin 13 şəhərində və Minskdə fəaliyyət göstərir.

"Sberbank-Texnologiyalar"ın missiyası: Bank sənayesində texnoloji sıçrayış üçün əsas olacaq, informasiya texnologiyaları sahəsində yüksək keyfiyyətli xidmət qurmaq.

Qeyd edək ki, "Facemark.az" saytı bu tədbirin media partnyorudur.

Bu bölməyə aid digər xəbərlər.