Ordan-Burdan » Reklamda ən varlı insanlar
Tarix : 2016-12-07 11:58:09 | Baxılıb : 346
Font Ölçüsü:   |  

Business Insider nəşri ən varlı media menecerlərin siyahısını təqdim edib. Reytinqi hazırlayanlar şirkətlərin illik maliyyə hesabatlarını və ABŞ-ın birjalar və qiymətli kağızlar üzrə Komissiyası üçün hesabatları nəzərə almışlar. Top menecerlərin təmiz gəlirləri əmək haqqı, səhmlər və digər həvəsləndirici ödənişlər şəklində mükafatlardan ibarətdir. Reytinq iştirakçıları yalnız reklam xidmətləri göstərən şirkətlərin əməkdaşları ola bilər.

1. Ser Martin Sorrell (WPP)

WPP rəhbəri Sir Martin Sorrellin qonorarı 2016-ci ildə 100.3 milyon dollar (70,4 milyon funt sterlinq) təşkil edib. İri bonuslar səhmdarların bir hissəsini narahat edib və illik iclasda onların üçdə biri (33,5%) top menecerə pulun ödənilməsinin əleyhinə səs verib.

2. Con Ren (Omnicom Group)

Omnicom Group-un rəhbəri reytinq liderindən demək olar ki, 5 dəfə az qazanıb. Business Insider görə, Ren 23,6 milyon dollar alıb ki, bu da ötən ilin ödənişlərindən 1,8% azdır. Omnicom-un öz gəlirləri 2015-ci ildə 1,2% azalmışdır.

3. Maykl Rot (IPG)

IPG rəhbərinin gəlirləri 14,5 milyon dollar təşkil edir. İl ərzində onun kompensasiyası 12% “ağırlaşıb”.

4. Pol Riçardson (WPP)

WPP holdinqinin maliyyə direktoru IPG baş direktorundan bir qədər az - 14,3 milyon dollar (+ 2,7%) qazanıb. Riçardson vəzifəsini 1996-cı ildən bəri icra edir və gəlirlərinə baxsaq, özünü heç də pis hiss etmir.

5. Filip Ancelastro (Omnicom Group)

Beşinci yerdə daha bir maliyyə direktoru yer alıb, bu dəfə Omnicom Group-un maliyyə direktoru. İl ərzində Ancelastronun mükafatı 24% artaraq, 6,3 milyon dollar təşkil edib. Omnicom-un maliyyə işlərinə görə o, 2014-ci ildən etibarən məsuliyyət daşıyır.

6. Frank Mergentaler (IPG)

Yenə maliyyə direktoru. Mergentaler IPG şirkətində 2005-ci ildən işləyir. Bu müddət ərzində o, 5,6 milyon dollar qazanıb, artım 4,6% təşkil edib.

7. Filip Krakovski (Interpublic Group)

Interpublic Group-un talantların idarəetmə və strategiya direktoru 4,8 milyon dollarlıq gəliri ilə öyünə bilər. Bir il əvvəl, onun mükafatı 200 min az idi.

8. Timoti Andri (Dentsu)

Andri – Dentsu-nun idarə heyətinin qeyri-yapon mənşəli ilk üzvüdür. O, idarə heyətinin tərkibinə 2013-cü ildə daxil olmuş və holdinqə amerikanın Aegis Group şirkətini udmağa kömək etmişdi. İndi Andri Dentsu Holdings USA rəhbərlik edir və Dentsu Aegis Network-in idarə heyətinin sədridir. Onun kompensasiyası (4.4 milyon dollar) bütün Dentsu rəhbəri Tadaşi Işiidən (1,3 milyon dollar) bir neçə dəfə böyükdür.

9. Kevin Roberts (Saatchi & Saatchi)

Saatchi & Saatchi-nin idarə heyətinin sədri, Business Insider ilə müsahibəsi zamanı qadınların ünvanına dediyi kobud sözlərdən sonra Publicis Groupe-da işini itirdi. Eyni zamanda, onun gəlirləri 2015-ci ildə birdən birə 98% artaraq 4.4 milyon dollar oldu.

10. Conatan Nelson (Omnicom Digital)

Omnicom Digital-ın rəhbəri öz işinə görə 2015-ci ildə 3,9 milyon dollar qazanmışdır. Rəsmi əmək haqqı gəlirlərin yalnız dörddə birini təşkil edir. Nelsonun əmək haqqısı 850 min dollar təşkil edir.

Bu bölməyə aid digər xəbərlər.