Buna bir ad ver » “Rolls-Royce” rok-musiqisinə həsr olunmuş avtomobil kolleksiyasi təqdim edəcək
Tarix : 2016-12-29 17:02:23 | Baxılıb : 561
Font Ölçüsü:   |  

“Rolls-Royce” müasir dövrün aparıcı musiqiçiləri ilə birlikdə brendin rok-n-roll dünyası ilə sıx əlaqəsini vurğulayacaq unikal “Bespoke” avtomobillər kolleksiyası hazırlayacaq. Kolleksiyanın ilk nümunələri “The Who” musiqi qrupunun əfsanəvi frontmeni Rocer Doltri (Roger Daltrey) ilə yaradılmış iki xüsusi avtomobil olacaq.

Ümimillikdə “Inspired by British Music” seriyasından doqquz “Wraith” avtomobili yığılacaq ki, onların hər biri Britaniya müsiqi səhnəsinin ikonalarının müəllif tərzini əks etdirərək kolleksiya obyektinə çevriləcək. Avtomobil satışından yığılmış vasitin bir hissəsi xərçəng xəstəliyi ilə mübarizə aparan yeniyetmələr üçün yardım fondu olan “The Teenage Cancer Trust” daxil xeyriyyə təşkilatlarına ötürüləcək.

Unikal kolleksiya avtomobilləri 2015-ci ildə brendin müsiqi dünyası ilə əlaqəsini vurğulamaq üçün təqdim olunmuş “Wraith” modeli “Inspired by Music” seriyası üzərində yaradılıb. Layihədə iştirak edən Britaniya musiqisinin digər əfsanələrinin adları növbəti bir neçə ay ərzində elan olunacaq.

Alistar Morrison Qudvudda “Rolls-Royce” zavodunu ziyarət edərkən “Bespoke”un aparıcı dizayn nümunələrindən ilhamlanaraq bu unikal layihəni ərsəyə gətirdi.Tanınmış fotoqraf “Wraith Inspired by Music” kolleksiyası ilə tanış olduğu zaman o qədər heyran olmuşdu ki, britaniya musiqisinin ikonaları ilə əməkdaşlıq fikrini təklif etdi.

«“Wraith Inspired by Music” seriyasını gördükdə məndə “Rolls-Royce” avtomobilləri vasitəsi ilə Britaniya musiqi ikonlarının unikal xarakteri və irsini göstərmək fikri yarandı”, - deyə Alistar Morrison qeyd etdi.

Bu fikirdən ilhamlanaraq “The Who” qrupundan Rocer Doltri iki avtomobilin yaradılmasında iştirak etmək qərarına gəldi. İlk nümunə onun şəxsi musiqi nailiyyətlərinə həsr olunub: dizaynda “The Who” qrupunun tarixindən süjetlər nümayiş olunub. Məsələn, qrupun məşhur loqotipi və yaxud lazer ilə qapının üzərində işlənmiş Doltrinin məşhur yellənən mikrofonu.

Doltrinin ikinci avtomobilinin modeli qrupun “Tommy”adlı müqəddəratlı albomunun üz səhifəsinin yaradıcısı Mayk Makinnerni ilə birlikdə hazırlanacaq. “Rolls-Royce”un rənglənmə və pardaxlama üzrə məsul şəxsləri Mayk Makinnerni ilə birlikdə 1960-cı illərə aid albomun üz səhifəsindən ilhamlanaraq möhtəşəm dizayn elementlərini yaradırlar. Onların sayəsində avtomobil şəxsi kolleksiyalar üçün qiymətli nümunəyə çevriləcək. Son olaraq məhz bu avtomobil hazırlanacaq və “Teenage Cancer Trust” auksionundan 2017-ci ilin aprelində satılacaq.

“Musiqi dünyasının ən möhtəşəm ikonları müvəffəqiyyətlərinin rəmzi kimi “Rolls-Royce”u seçirlər və bu bizim brendin davamlı cazibəsi haqda çox şey deyir. Biz bu ənənəni davam etməyə və Böyük Britaniyanın aparıcı musiqiçilərindən biri ilə əməkdaşlıqedərək xeyriyyə təşəbbüslərini dəstəkləməyə imkan yaradacaq şah əsərləri yaratmaqdan məmnunuq. Müştərilərimiz xəyallarını təcəssüm etmək üçün “Bespoke” dizaynerləri və sənətkarları ilə sıx əməkdaşlıq edir. Bu unikal avtomobillər rəssam, mesenat və ustad arasında sıx əlaqəni əks edir. Bu səbəbdən “Rolls-Royce” dünyada ən tanınmış dəbli əşyalar evi sayılır”, - deyə "Rolls-Royce Motor Cars" şirkətinin baş direktoru Torsten Müller-Ötvös qeyd edib.

“Rolls-Royce” anlayır ki, müştərilərə hər dəbliəşyanın əsl dəyəri vacibdir və bu səbəbdən şirkət aparıcı dəbbrendinə çevrilib. “Rolls-Royce” müştəriləri kimi britaniyalı artistlər “Rolls-Royce” dizaynerləri ilə sıx əməkdaşlıq edərək nümunələr yaradıblar. Onlar ideyalarını təcəssüm edəcək sahə ilə yaxından tanış olmaq üçün “Rolls-Royce” zavoduna dəvət almışdılar. Dizayner Metyu Danton (Matthew Danton) və “Rolls-Royce Motor Cars” şirkətinin dizayn üzrə direktoru Cayls Teylor (Giles Taylor) hər artist ilə sıxəməkdaşlıq edib ki, onların yaradıcılıqlarının bənzərsiz tərəflərini əks edəcək unikal kolleksiya avtomobilləri ərsəyə gəlsin.

Əməkdaşlığın nəticəsi olaraq doqquz unikal avtomobil yaradılacaq. Kolleksiyaçılar rok-müsiqinin tarixindən ilhamlanaraq yaradılmış möhtəşəm sənət əsərlərini brendin Avropada yerləşən diler mərkəzlərində əldə edə bilərlər. Avtomobillərin satışından gəlirin bir hissəsi “Teenage Cancer Trust” və digər xeyriyyə təşkilatlarına veriləcək.

Bu bölməyə aid digər xəbərlər.