bu işdə bir niş var » “Rusiya Poçt”unun birincisi “AliExpress”in üzü oldu - FOTO
Tarix : 2017-11-10 15:37:27 | Baxılıb : 146
Font Ölçüsü:   |  

At belində Moskva ətrafında məktubları daşıyan “Rusiya Poçt”unun poçtalyonu Mariya Rubtsova Çində “AliExpress”in üzü olub.

Facemark.az xəbər verir ki, bu barədə Lenta.ru-ya internet şirkətinin mətbuat xidmətindən məlumat verilib.

24 yaşlı qadın noyabrn 11-də keçiriləcək Ümumdünya alış-veriş gününü Alibaba Groupun qurucuları ilə birlikdə açacaq.

Şirkət Mariyanı “AliExpress” də Rusiyalıların sifarişləri haqqında reportajlar edən çinli jurnalistlərin Rusiyaya səfərindən sonra seçib.

Səfər vaxtı çinli jurnalistlər Rusiya Poçtunun şəhər və kəndlərdə yerləşən filialların baş çəkiblər.

Mariyanın fədakarlığı çinliləri heyrətləndirmişdi. Belə ki, o at belində istənilən hava şəraitində bağlamaları kənd əhalisi üçün paylayırdı. Çinli jurnalistlərin səfərindən sonra, onlar bu haqda danışmağa başladılar və o qısa zamanda ölkədə qəhrəman oldu.

Mariya isə bu barədə danışıb ki, o belə bir təklif gözləmirdi və heyrətini gizlədə bilməyib.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.