Buna bir ad ver » Rusiyada Lada avtomobilləri smartfondan idarə olunacaq
Tarix : 2017-11-13 14:40:00 | Baxılıb : 68
Font Ölçüsü:   |  

Rusiyanın “AvtoVaz” şirkəti 2018-ci ildə Lada avtomobillərini uzaqdan idarəetmə və Lada Connect monitorinq sistemi ilə təhiz edəcək.

Facemark.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Vedmosti” qəzeti yazıb.

Mənbənin verdiyi məlumata görə, “Lada Connect”in köməyi ilə mühərriki buraxmaq, qapıları açıb-bağlamaq, faraları işlək vəziyyətə gətirmək, qaçış haqqında məlumat əldə etmək, yanacağın səviyyəsi, akkumulyatorun yükü, avtomobilin olduğu yeri smatfonlardan əldə etmək mümkün olacaq.

Mənbə bildirib ki, yenilik “Lada Granta” modelində lüks və ya standar paket olaraq təqdim ediləcək.

Qeyd edək ki, noyabrın əvvəlində şirkətdən açıqlama verilmişdi ki, sentyabr ayında satışlarda 24% artım olmuşdur. Cari ilin 9 ayında Rusiya bazarında Ladanın 221,2 mindən çox avtomobili satılıb. Bu da ötən illə müqayisədə 16,5% artım deməkdir.

Son 6 ayda Ladanın ən populyar modeli “Lada Granta” olmuşdu. Təkcə, yanvardan sentyabr ayında qədər bu modeldən 67,7 mini satılıb. Digər model isə Vesta olub. Belə ki, 2017-ci ilin yanvarından oktyabrına qədər bu modeldən 54,6 min ədədi alınıb. Sentyabrda inkişaf baxımından liderlik isə XRAY-ə məxsus olub. 3175 ədəd bu adıçəkilən modeldən satılıb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 87% artım deməkdir.

Bu bölməyə aid digər xəbərlər.