Buna bir ad ver » Rusiyada bəzi siqaretlər ilə əlaqədar yeni qadağa: Qiymətlər enəcək
Tarix : 2017-11-15 12:03:41 | Baxılıb : 59
Font Ölçüsü:   |  

15 noyabrda Rusiyada tütün məhsuluna Gömrük şurasının texniki reqlamentinin tətbiqi üçün keçid dövrü başa çatır.

Facemark.az xəbər verir ki, TASS agentliyi bildirir ki, bununla istehsalçılar siqaret paketləri üçün yeni bir formata keçməyə məcbur qalacaqlar.

Qeyd olunur ki, “yüngül” siqaretlərin yeni dizaynında siqaretin gətirdiyi təhlükələr barəsində xəbərdarlıq paketin hər iki üzündə qeyd olunmalı və ümumi sahənin 50%-dən azını əhatə etməlidir.

Həmçinin, paketlərin üzərindəki təsvir qida növləri ilə assosasiya olunmamalıdır, məsələn meyvə kimi.

Bununla yanaşı, siqaretə aşağı qətranlı, xəfif, yumşaq kimi adlar qoymaq da qadağan olunur. Beləliklə, istehlakçının bu məhsullar zərərsizdir kimi fikrə qapılmayacaqlar.

Bu ediləcək təşəbbüslər nəticəsində siqaretin qiyməti ən azı 150 (4,2 manat –red.) rubl təşkil edəcək.

Bu bölməyə aid digər xəbərlər.