Ordan-Burdan » Rusiyalı nazir 15 namizədi “Facebook” vasitəsilə işə götürüb
Tarix : 2017-11-07 11:15:00 | Baxılıb : 104
Font Ölçüsü:   |  

“Rusiyanın İqtisadiyyat və İnkişaf naziri Maksim Oreşkin öz “Facebook” səhifəsində yazıb ki, demək olar ki, nazirlikdə işləmək istəyən 4 min nəfərin rezumesinə baxılıb və şəxsi söhbətlərin keçirilməsi üçün onlardan 15-i seçilib”.

Bu barədə Facemark.az Lenta.ru-ya istinadən xəbər verir.

“Mən şəxsi söhbətlərin keçiririlməsi üçün 15 rezume almışam. Planlaşdırıram ki, onları nazirlikdə bizim komanda ilə işləməyə dəvət edim. İşə düzəltmə üzrə bütün lazımı formal qaydalara riayət etdikdən sonra, mən sizə bu insanları təqdim edəcəm.

Onların nazirlikdə məşğul olacaqları istiqamətlərdən danışacağam. Müzakirələr noyabrın 8-dən 10-dək davam edəcək ATES sammitindən sonra başlayacaq”, - deyib.

6 oktyabrda “Atlantlar” formunda Oreşkin bildirmişdir ki, İqtisadi və İnkişaf nazirliyi ixtisaslaşdırılmış kadrlara ehtiyac duyur: “Təklif edirəm ki, bizimlə işləmək istəyənlər rezumelərini “Facebook” dan göndərsinlər”.

O vurğulamışdı ki, əgər onlar həqiqətən peşəkar və işləməyə hazırdılarsa onları nazirlikdə yeni insanları görməyə şad olacaqdır: “Təkcə yüksək maaş üçün deyil, həmçinin ictimaiyyətin tanıdılması üçün bu vacibdir”, - deyə bildirib.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.