Buna bir ad ver » SABAH tələbələri “Carlsberg”ın təşkil etdiyi “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək
Tarix : 2017-04-10 14:58:55 | Baxılıb : 302
Font Ölçüsü:   |  

“Carlsberg Azerbaijan” şirkəti və SABAH qrupları “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak üçün namizəd seçiminə başlayır. Ərizələr aprelin 20-dək qəbul edilir.

“YGP Talent Network” – 19-25 yaş arası gələcək liderlər üçün beynəlxalq təhsil proqramıdır. Onun missiyası - dünyanın ən istedadlı gənclərini birləşdirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası kommunikasiya səviyyəsini artırmaq və dünya problemlərinin innovativ həll yollarını birlikdə tapmaq üçün qlobal düşünməyi öyrətməkdir.

Bu il “YGP Talent Network” iyulun 23-dən avqustun 12-dək keçəcək Tanzaniya və Zanzibara olan təlim turundan başlayacaq. Üç həftə ərzində planetin müxtəlif guşələrindən olan 20 həmyaşıd bir-birini daha yaxından tanımaq və dünya problemlərinin innovativ həll üsullarını hazırlamaq üçün birləşəcək. Tur iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcəklər, yerli mədəniyyət və adətlərlə yaxından tanış olacaqlar, bölgədə mövcud problemlər və imkanlar haqqında məlumat əldə edəcəklər, SOS Uşaq kəndindən gənclərlə ünsiyyət quracaqlar, safari-tura yola düşəcəklər və s.

“Carlsberg Azerbaijan” təlim turunda iştirak etmək üçün qrant qazanmaq imkanını bəxş edir. Bu il müsabiqə “Carlsberg Fondu”nun bölməsi olan “Carlsberg Bequest”in dəstəyi ilə eyni anda Şərqi Avropa regionunun bir neçə ölkəsində keçirilir: Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanda. Qeyd edək ki, sözügedən beynəlxalq təhsil proqramı Azərbaycanda SABAH Qrupları (“Savadlı, Bacarıqlı, Hazırlıqlı”) ilə eksklüziv tərəfdaşlıq çərçivəsində keçiriləcək.

Səyahət başa çatdıqdan sonra, həmçinin “Global Reflection” vebinarları kimi müntəzəm onlayn-tədbirlərin üç ayda bir dəfə keçirilməsi nəticəsində “Young Global Pioneers” proqramının bütün iştirakçıları Qlobal İstedadlar Şəbəkəsinin bir hissəsi olacaqlar. Sözügedən şəbəkənin əsasında daha sonra təlim və kross-mədəni əlaqələrin möhkəmləndirilməsi yer alacaq.

Potensial qalib aşağıdakı meyarlara cavab verməlidir:

* 19-25 yaşlı gənclər (2017-ci il üçün)

* İngilis dilini yazılı və şifahi surətdə əla biliyi.

* Dünyanı yaxşılığa doğru dəyişdirmək arzusu, məqsədyönlülük və öyrənmək həvəsi.

* “YGP Talent Network” Qlobal istedadlar şəbəkəsi çərçivəsində kommunikasiya və təlimin davam etdirilməsində maraq.

İştirak etmək üçün:

* Ərizəni doldurmaq - bir neçə suala cavab vermək və bu gün üçün aktual olan "yaşıl" iqtisadiyyat mövzusunda esse yazmaq.

* Tərcümeyi-hal tərtib etmək. Tərcümeyi-hala namizədin nailiyyətləri, könüllülük və ictimai fəaliyyəti haqqında məlumatın daxil edilməsi üstünlük sayılacaq. * Sənədləri 20 aprel 2017-ci il tarixindən gec olmayaraq baku_news@baltika-baku.az ünvanına göndərmək lazımdır.

Dörd ölkədən olan dörd fınalçı 28 aprel tarixinədək açıqlanacaq. Young Global Pioneers isə onların arasında Tanzaniya və Zanzibara gedəcək qalibi seçəcək. Layihə haqqında http://youglo.org/ saytında oxuyun.

***

“Carlsberg Azerbaijan” şirkəti Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Carlsberg Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə etmiş, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə vermişdir və şirkət “Baltika-Bakı” adlandırılmışdır. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər (distribyutor, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. Şirkətinin büdcəyə illik vergi köçürmələri 20 milyon AZN-dən, zavodun inkişafına yatırılan ümumi məbləğ isə 47 milyon AZN-dən çoxdur. “Carlsberg Azerbaijan” şirkətinin məhsulu Azərbaycan bazarının 75%-ni təşkil edir (2015-ci il). Şirkət Xırdalan®, Tuborg®, Балтика 7®, Балтика 0®, Балтика 9®, Xırdalan Draft®, Kuler®, Əfsanə®, Жигулевское фирменное®, 33 Export kimi populyar pivə brendləri istehsal edir. Carlsberg Group-a inteqrasiyanı daha da gücləndirmək və standartlarına uyğun olmaq məqsədi ilə 2017-ci ilin fevral ayında şirkətin adı “Carlsberg Azerbaijan” olmuşdur.

Carlsberg Fondu 1876-cı ildə Carlsberg Group-un banisi Y.K. Yakobsen tərəfindən yaradılıb. Carlsberg Fondu elmə, incəsənətə və mədəniyyətə hərtərəfli dəstək göstərir. Fond tərəfindən verilmiş qrantların ümumi məbləği bir neçə milyard avro qiymətləndirilir. Carlsberg A/S-dan əldə olunan illik dividentlər hesabına Fond təbii, sosial və humanitar elmlər sahəsində novator tədqiqatları fəal dəstəkləyə bilir, və bununla da bir sıra qlobal problemlərin həllinə imkan yaradır.

SABAH qrupları 2014/2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən ən aparıcı layihələrdəndir. Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılmasıdır.

Bu bölməyə aid digər xəbərlər.