digimark » Samsung və Apple Rusiyada smartfonlar vasitəsilə kontaktsız ödənişlər xidmətini buraxacaq
Tarix : 2016-09-14 14:15:38 | Baxılıb : 438
Font Ölçüsü:   |  

"Vedomosti" yazır ki, payızda Rusiya bankları və ödəniş sistemləri Apple Pay və Samsung Pay xidmətləri üçün hazır olacaq. Nəşrin sözlərinə görə, ilkin olaraq Samsung Pay işləməyə başlayacaq, onun fəaliyyəti sentyabrın sonlarına planlaşdırılıb. Əksər banklar, o cümlədən, Alfa Bank, "Otkrıtie", "VTB 24" hər iki xidməti dəstəkləyəcək.

Apple Pay və Samsung Pay alış verişi smartfonlar vasitəsilə PayPass və ya PayWave funksiyalı bank kartı kimi ödəmək imkanı verəcək. Kart smartfona bağlandıqdan sonra bütün ödənişlər artıq gadget vasitəsilə həyata keçiriləcək. Apple Pay iPhone5-dən başlayaraq bütün iPhone modelləri ilə, Samsung Pay isə Galaxy S6, Galaxy S6 Edge, Galaxy S6 Edge+ və Galaxy Note 5 modelləri ilə işləyəcək.

İlkin olaraq, Samsung Pay və Apple Pay yalnız MastеrCard platformasında, 3-4 aydan sonra isə Visa platformasında da işləyəcək.

Bu bölməyə aid digər xəbərlər.