Yazırlar » Satış Forumu gəlir!
Tarix : 2017-01-24 10:40:27 | Baxılıb : 770
Font Ölçüsü:   |  

Dostlar, son həftə ərzində Satış Forumu olacağı haqda sosial şəbəkələrdə məlumatlar qarşınıza çıxıb yəqin ki.

Forumla bağlı təşkilatçılara çoxsaylı suallar ünvanlanır. Bunları nəzərə alaraq SAT FORUM (#SAT2017) haqda ətraflı məlumat verməyi lazım bildim.

Bilirsiniz ki, 2013-cü ildən bəri hər ilin ən böyük marketinq hadisəsi/tədbiri olan Milli Marketinq Forumunu (MMF) keçiririk. 2015-ci ildən başlayaraq isə Digital Marketing Conference (DMC) keçiririk.

Bu il başlayar-başlamaz bazarda qısa vaxt ərzində böyük səs-küy yaratmış, satış-marketinq ağırlıqlı təlim və consulting şirkəti olan SAT Group ilə birlikdə ölkədə ilk dəfə Satış Forumu – SAT FORUM keçirməyi qərara aldıq. SAT FORUM’un təşkilatçıları – SAT Group, Facemark.azMarketing AIR-dir.

Vaxtın qısa olmasına baxmayaraq, SAT FORUM’un da əhəmiyyəti və səviyyəsinə görə Milli Marketing Forumu, Digital Marketing Conference səviyyəsində olacağına inanırıq.

SAT FORUM’un məqsədi əsas biznes funksiyası olan satış üzrə təcrübə paylaşma platformasını yaratmaq, inkişaf etdirməkdir. Bilirsiniz ki, satış az qala biznesin özü deməkdir. Satışı davamlı artırmaq, sistemli satışa nail olmaq hər bir biznesin arzusudur. Düzdür, MMF-də, DMC-də və başqa tədbirlərimizdə birbaşa və dolayı olaraq satışdan danışırıq, satışı, bazar payını artırmağın yollarından danışırıq. Dostlarla düşündük ki, satışı elə mövzunun özü etmək, episentrə çəkmək çox faydalı və maraqlı olar şirkətlərimizə.

Satış Forumu 11 Fevral 2017 tarixində keçiriləcək. Forumda 1 xarici olmaqla 6 nəfər spikerin çıxışı planlaşdırılıb.

Sürpriz və çox tanınmış qonaq spikerimiz sabah (24 yanvar) elan olunacaq.

Digər spikerlərimiz:

  1. Tamerlan Kurkiev – Embawood şirkətinin CEO-su. İllərdir mebel bazarının şəriksiz lideri olan, onlarla ölkədə məhsulu satılan, son dərəcə yüksək səviyyədə satış sisteminə malik Embawood şirkətinin rəhbərinin satışdan danışmasını kim istəməz ki?
  2. Tural Əlizadə – Gündəlik istehlak malları (FMCG) üzrə böyük təcrübəsi olan Tural Əlizadə karyerasının çox hissəsini Procter & Gamble şirkətində keçirmiş, hazırda GILAN Holdinqin FMCG groupu üzrə Satış direktorudur. Tural bəy bugünkü iqtisadi şəraitdə müxtəlif satış dinamikaları üzrə bazarın trendlərindən danışacaq. Təbii ki, çox maraqlı olacaq.
  3. Azad Qəhrəmanov – SAT Group rəhbəri. Azərbaycanda “satış təlimçisi”, “satış təlimi” deyəndə çox adamın ağlına Azad Qəhrəmanov gəlir desək, yanılmarıq məncə. SAT FORUM’da satışla bağlı mükəmməl kitabını (oxuduğum üçün əminliklə deyirəm) təqdim edəcək Azad bəyin çıxışının necə maraqlı olacağı onu azacıq tanıyanlara bəllidir.
  4. İlkin Manafov German Studio rəhbəri. Azərbaycanın ən populyar, ən çox oxunan marketoloqu təkcə kitab yazmaq, bloq yazmaq, təlim keçmək, Universitetdə dərs keçmək, doktorluq müdafiə etməklə işini bitmiş hesab etmir. Danışdıqlarını və yazdıqlarını öz bizneslərində tətbiq edir. Necə tətbiq edir? O haqda danışacaq. Sizcə maraqlı olar?
  5. Satış Forumunda marketçilikdən, supermarket biznesindən danışmamaq olarmı? Əlbəttə olmaz. Bir spikerimiz də məşhur supermarket şəbəkəsinin rəhbəridir. Hələlik adı sürpriz qalsın.

Bəs belə möhtəşəm tədbiri kimlərin dəstəyi ilə keçiririk? 1-2 günə (ən geci 25 yanvar) saytımız hazır olacaq. Saytımızdan #SAT2017 haqda ətraflı məlumat ala biləcəksiniz. Saytı Hüseyn Hüseynzadənin rəhbərliyi ilə Azerizone komandası hazırlayır. Çəkiliş tərəfdaşımız Konsis, çap-promo tərəfdaşımız Antaris, media tərəfdaşımız New Media, hotel tərəfdaşımız New Baku Hotel, digər dəstəkçilərimiz Digital AIR, Kassir.az və Admediadır. Dəstəkçilərimizin sayı da durmadan artır.

SAT FORUM’un facebook səhifəsi: https://www.facebook.com/satforum.az/

Bilet almamısınızsa, tələsin ki, bilet tapa biləsiniz. SAT FORUM’da görüşəcəyik!

Biletləri +994502411143 nömrəyə sifariş etməklə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur.