Buna bir ad ver » Satış müdirinin etdiyi ən böyük xəta nədir?
Tarix : 2017-11-14 11:44:12 | Baxılıb : 419
Font Ölçüsü:   |  

Satış müdirliyi bazarın çox tələb etdiyi peşədir. Xüsusilə də satış nümayəndəsindən satış müdirliyinə qədər irəliləmisinizsə.

Problemləri həll etməyin sirri özünüzü kəşfetməkdir. Çünki təsiriniz olmadığı problemlərin əksinə, bu problemlərin qarşısını ya ala, ya da həll edə bilərsiniz.

Bununla birlikdə, satış müdiri olaraq etdiyiniz tək və ən böyük xəta isə budur. Satış təmsilçinizin satış etməsinə icazə verməmək.

Bunun sizin üçün problem olacağı çox bariz bir vəziyyətdir. Məsələn, bəlkə də siz şirkətin ən yaxşı satış nümayəndəsisiniz və bu səbəbdən də artıq satış müdiri olmusunuz. Sizi “yuxarya çəkmələrinin” səbəbi də bu uğurunuz ola bilər, amma bu artıq satışın sizin əsas vəzifəniz olmadığı deməkdir.

Sizin beş dəqiqə içində satış həyata keçirə bilərsiniz, amma digər satış təmsilçilərinin bunu uzun müddətə etməsi sizi xəyal qırıqlığına gətirib çıxara bilər. Unutmayın ki, bu tamamilə təbiidir və müddətin bir parçasıdır.

Satış nümayəndəsinin e-mail, telefon, üz-üzə görüşlərinə müdaxilə etmək və onların yerinə satışı həyata keçirtmək satış departamentində mənfi ab-havaya səbəb olacaq. Hətta, sizin yerinizə başqa birinin gətirilməsi təklif edilə bilər. Çünki, satış müdirlərinin əsl işi artıq satış deyil.

Satış nümayəndəsi üzərində təsir

Əgər satış nümayəndəsinin yerinə satışı həyata keçirərsəniz, bu halda o heç vaxt özünü inkişaf etdirə bilməyəcək. Necə deyərlər yerində sayacaq. Bu həm də onun özünə olan inamını aşağı salacaq. Odur ki, satış müdiri satış nümayəndəsinin işinə müdaxilə etməsin.

İş üzərində təsir

Satış müdirləri satış nümayəndəsinin yerinə satışı həyata keçirərlərsə, onlar departamentdə olan digər zəif nöqtələri tapmaqda çətinlik çəkəcəklər. Hətta, ən yaxşı satış nümayəndəniz yeni fürsətlər üçün iş axtarmağa başlayacaq.

Belə bir fikir var ki, insanlar işdən daha çox müdirləri atıb getməyə meyili olurlar. Beləliklə, satış müdirləri satış nümayəndələrinin problemləri özlərinin həll etməsinə icazə veməzlərsə, siz də o müdirlərdən biri ola bilərsiniz.

Satış müdiri üzərindəki təsiri

Əgər davamlı satış nümayəndəsinin yerinə iş görərsəniz, siz özünüz də inkişaf edə bilməyəcəksiniz.

Siz onlara komandaya necə liderlik etmək olar, onların satış bacarıqlarını necə inkişaf etdirmək olar, özlərinə güvəni necə bərpa etmək olar suallı üzərində düşünməlisiniz. Bununla da şirkətinizə daha çox fayda vermiş olarsınız.

Xətanın qarşısını almaq

Satış nümayəndənizin satışı həyata keçirtməyini qarşısını alarsanız, bu sizə qısa zamanda fayda verə bilər, amma uzun zaman üçün faydasız olacaq.

Qısası, satış nümayəndənizin işi xəta edə-edə öyənməsinə icazə verin. Beləliklə, daha çox geridönüş alacaqsınız.

Mənbə: Pazarlamasyon.com

Bu bölməyə aid digər xəbərlər.