sərgi, festival və konfranslar » Sberbank və Sberbank-Texnologiyaların Dizayn-Hakatonu başa çatdı
Tarix : 2016-08-05 13:02:18 | Baxılıb : 471
Font Ölçüsü:   |  

30 və 31 iyulda Moskvada rus və xarici dizaynerlər və UX-mütəxəssislər üçün keçirilən Sberbank və Sberbank-Texnologiyaların Dizayn-Hakatonunun final mərhələsi başa çatdı. Səsvermə nəticəsində münsiflər mükafat fondunu 2,5 dəfə artırmağı və 4 komandanı mükafatlandırmağı qərara aldı.

Dizayn-Hakaton iştirakçılarına həyatın mənfi hadisələri ilə bağlı ənənəvi LCA məhsulunu yenidən öyrənmək təklif olundu. Komandalar insana təkcə sığorta hadisəsi baş verdikdə kömək etməyə deyil, həm də sağlamlıq problemlərinin qarşısını almağa fokuslanmış məhsul yaratmağa çalışdılar. Məsələnin həlli prosesində iştirakçılar bu cür məhsulun necə olacağını, onun əsas mənası və imkanlarını düşündülər. Həllər fikir cəlbediciliyini və həyat qabiliyyətini qiymətləndirən fokus qruplarında sınaqdan keçirildi.

Qalib DreamTeam komandası oldu, onlar 200 min rubl mükafat aldılar. Komanda DNT testlə başlayan "ağıllı LCA" təklif etdi. İstifadəçi problemli hissələrin uyğun rənglərlə rənglənmiş insan orqanizminin vizual modelini smartfonunda görür. Real vaxt rejimində sağlamlığın monitorinqi aparılır, tövsiyələr olunur (məsələn, mövsümi peyvənd etmək, həkimə getmək və s.).

“Biz iştirakçılardan biometriya və insan sağlamlığının passiv monitorinqi əsasında qərarlar gözləyirdik. Belə məhsul insanın əhvalını analiz edərək tədbir görür. Məsələn, hər hansı bir şəxsin sağlamlıq problemi varsa onun monitorinqi LCA məhsulu ola bilər" deyə SbertechIntelligenceLab laboratoriyasının rəhbəri, münsif üzvlərdən biri Aleksey Çekanov bildirib.

"Biz Hakaton nəticələrindən çox razıyıq. Bu cür tədbirlər əla yeni orijinal ideyalar və ilham mənbəyidir. Biz bütün Hakaton iştirakçılarını təbrik edir və yeni yüksəklikləri fəth etmək arzuları, əzm və həvəslərinə görə onlara təşəkkür edirik!" – VFS Sberbank proqramının rəhbəri Yelena Baturova bildirib.

Hakatonun ən yaradıcı ideyalarına tədbirin tərəfdaşları tərəfindən hədiyyələr təqdim olunub.

Tədbirin tərəfdaşları qismində Facemark.az, "İnterfaks" xəbər agentliyi ,İT-şirkət REDMADROBOT, USABILITYLAB, Artplay dizayn mərkəzi, "Analitik Bank Jurnalı", "Akademiya Ayti " Təhsil və Konsaltinq Mərkəzi , BehanceRussia dizaynerlər cəmiyyəti, Bankir.ru informasiya resursu və başqaları çıxış etmişdir.

Müsabiqədə iştirak etmək üçün rusiya və xaricdən ümumi 186 müraciət olmuşdur, onlardan 15 komanda finalda iştirak etmişdir.

Media üçün Əlaqə:

Natalya Filippova

Korporativ komunikasiya şöbəsi

NVFilippova.SBT@sberbank.ru

+7 (977) 424-77-65

Sberbankın filialı olan "Sberbank-Texnologiyalar" Səhmdar Cəmiyyəti (ASC "SberTex" CBT) - proqram təminatının hazırlanması və həyata keçirilməsi ilə məşğul olan, Rusiyanın ən böyük İT şirkətlərindən biridir.

Yaranma tarixi - 6 iyul 2011-ci il.

Rusiyanın 13 şəhərində və Minskdə 7500-dən çox əməkdaşları vardır. Baş ofis Moskvada yerləşir, həmçinin şirkətin ofisləri rusiyanin 13 şəhərində və Minskdə fəaliyyət göstərir.

"Sberbank-Texnologiyalar"ın missiyası: Bank sənayesində texnoloji sıçrayış üçün əsas olacaq, informasiya texnologiyaları sahəsində yüksək keyfiyyətli xidmət qurmaq.

Bu bölməyə aid digər xəbərlər.