bu işdə bir niş var » Səudiyyə Ərəbistanında baş verənlər neftin qiymətini 2 ilin zirvəsinə çatdırdı
Tarix : 2017-11-06 11:51:08 | Baxılıb : 519
Font Ölçüsü:   |  

Ən böyük neft istehsalçı ölkəsi olan Səudiyyə Ərəbistanında ölkədən külli miqdarda valyuta çıxardan 10 şahzadə və 4 nazirin həbs edilməsi bazarda “qara qızıl”n qiymətlərinə təsir edib.

Facemark.az Bloomberg-ə istinadən xəbər verir ki, neftin qiymətlərində baş verən sıçrayış 2015-ci ilin iyul ayından bu yana ilk dəfədir ki baş verir.

Belə ki, Brent markalı neftin qiyməti ötən həftənin cümə günü ilə müqayisədə 5% artaraq 62,44 dollara satılıb.

WTI neftinin qiyməti isə həftəyə 55,97 dollardan başlayıb.

Qeyd edək ki, həbs olunanlar arasında Ciddə şəhərinin sabiq meri və keçmiş səhiyyə naziri Adil Fəqih, Yaxın Şərq Mediası Mərkəzinin direktoru Valid Əl-İbrahim, Kral Məhkəməsinin keçmiş sədri Xalid Tuycəri, həmçinin Ərəbistanın ən varlı adamı Valid bin Təlal bin Əbduləziz kimi tanınmış şahzadə və digər məşhur şəxslər də var.

Kral Salman Ərəbistan milli qvardiyasının rəisi və əvvəlki Kralın oğlu Mutəəb bin Abdullah bin Əbudləzizi də vəzifəsindən kənarlaşdırıb.