Ordan-Burdan » Səyahətdə Yanında Başqasına Oturmasını İstəməyənlər Üçün Əla Şans
Tarix : 2017-07-11 15:50:01 | Baxılıb : 86
Font Ölçüsü:   |  

Yan oturacaqda heç tanımadığınız biriylə səyahət etmək bəzən o qədər də yaxşı olmur: Sakit bir səyahət etmək istəməyinizə baxmayaraq yanınızda çox danışmağı sevən, durmadan sizinlə danışmağa çalışan, körpəsi olan biri otura bilər. Və ya yanınızdakı heç tanımadığınız şəxsin yatarkən başı çiyninizə düşə bilər, həmin şəxs yatarkən xoruldaya bilər və s. Bəs sizə belə halların qarşısını ala biləcək bir proqramın olduğunu desək?

Etihad Havayolları, təyyarənin ekonom hissəsində səyahət etməkdən razı, ancaq özünə daha geniş bir yer istəyən, yəni yanında başqa birinin oturmağını istəməyən sərnişinlər üçün hazırladığı sərnişin proqramı ilə oturacağınızın yanında olan 1, 2 ya da 3 oturacaq üçün qiymət təklifi etməyinizə imkan verir. Beləliklə 3 oturacaq üçün ödəniş edərək oturacağınızın yanında yer alan bütün oturacaqlara sahib ola bilər, 1 ya da 2 oturacaq ilə də özünüzə müəyyən miqdarda əlavə yer təmin edə bilərsiniz.

Havayolu şirkəti tərəfindən “Neighbour-Free Seat” ismi verilən konseptə, kiçik uşağı olan və buna görə də daha geniş bir yerə ehtiyacı olan sərnişinlər, iş məqsədləri səyahət ederkən hem işləyib, hem de rahatlamaq istəyənlər və uçuş əsnasında narahat olan ayaqları için əlavə yer istəyən sərnişinlərin rahatlığı düşünülüb.

Öz oturacağınızı aldıqdan sonra istədiyiniz sayda oturacaq üçün qiymət təklifi verə bilərsiniz, qiymət aralığı oturacağın satılabiləcəyi ən aşağı və ən yüksək qiymətlər arasında ola bilər. Əgər qazanarsanız, uçuşunuzdan 32 saat əvvəl havayolu şirkətindən bir bildiriş alırsınız. Etdiyiniz qiymət təklifi maddi vəziyyətiniz çərçivəsində, yanınıza birisinin oturmasını nə qədər istəmədiyiniz ilə əlaqəlidir.

Əslində istənilən daha geniş ayaq uzatma yeri, rahat bir oturacaq və əlavə imkanlar isə sərnişin bu konsept üçün ödədiyindən daha uyğun bir seçimi bisnes klas oturacaqlar arasında da rahatlıqla tapa bilər. Yaxın zamanda bu seçimin sərnişinlər arasında necə qarşılanacağını görəcəyik.

Mənbəə: etihad.com