Partnyorlar » #SMM 2016 Business Breakfast layihəsinə müraciət başladı
Tarix : 2016-08-29 12:33:52 | Baxılıb : 372
Font Ölçüsü:   |  

Muasir dövrdə dünyada və eləcə də Azərbaycanda fəaliyyət göstərən şirkətlər Rəqəmsal Marketinq və onun ən aktiv qolu olan Sosial Media Marketinqi çox inkişaf edib. Artıq şirkətlər zamanına, puluna, enerjisinə qənaət etmək üçün daha çox rəqəmsal marketingdən istifadə edir. Çünki biznes sahibləri üçün önəmli olan pulun maksimum şəkildə səmərəli istifadə olunub maksimum effekti əldə etmək və buna uyğun olaraq statistikanı əldə etmək, effektivliyi ölçə bilmək rəqəmsal marketingdə daha çox mümkündür. Burada reklam yerləşdirmək, PR fəaliyyətini aparmaq, hədəf kütləyə maksimum şəkildə tanınmaq imkanı, seqmentasiya aparmaq və bir çox marketing fəaliyyətini həyata keçirmək daha effektiv hesab edilir. Bunun səbəbi isə internetin insan həyatına tamamilə daxil olmasıdır. Rəqəmsal marketingdə şirkətlərin sosial şəbəkə hesablarının effektiv və səmərəli idarə edilməsi üçün SMM anlayışı var.

Beləliklə, şirkətlər özlərini sosial şəbəkələrdə təmsil edirlər, burada reklam yerləşdirirlər və çalışırlar ki, hədəf kütlələrinə daha tez çata bilsinlər. Məhz elə buna görə də onlar SMM xidmətindən istifadə edirlər. Şirkətlər sosial şəbəkə hesablarını daha düzgün şəkildə idarə edə bilən, hədəf kütlənin marağını çəkə biləcək maraqlı kontentlər hazırlaya bilən, səmərəli işləyib şirkət üçün effektiv nəticələr əldə edə bilən insanlara çox önəm verirlər və hətta, belə insanlar bu işdən yüksək gəlir əldə edirlər.

Hazırda Azərbaycanda araşdırmalara əsasən belə bir mütəxəssisləri təmənnasız şəkildə peşəkarlar tərəfindən keçirəcək təlim proqramı yox səviyyəsindədir.

Layihənin məqsədi həmin təlim proqramını tərtib etmək və əmək bazarına SMM mütəxəssislərini çıxartmaqdır.

Sözügedən təlim proqramı bitdikdən sonra iştirakçılar şirkət rəhbərləri ilə işgüzar nahar edəcək. Naharın keçirilmə səbəbi müsahibə və müzakirənin keçirilməsi üçün rahat atmosfer yaratmaq və gənclərin özlərini ifadə etmək üçün imkan yaratmaqdır.

İşgüzar nahar zamanı şirkət rəhbərləri hər komandaya problem qoyacaq və həlli üçün bir saat vaxt verəcək.

Ən effektiv təklifi irəli sürən komanda nümayəndəsi təcrübə üçün şirkətə göndəriləcək.

Yayın ən öyrədici layihəsinə Siz də qoşulun və 1 ay ərzində öz sahəsinin peşəkarları tərəfindən keçiriləcək PR, Marketinq, Branding, Rəqəmsal Marketinq və s. kimi təlimlərdə və eyni zamanda ustad dərslərdə iştirak edin, tanınmış iş adamları ilə birgə nahar edərək təcrübə mübadiləsi etmək şansı qazanın!

Son müraciət tarixi: 29 avqust, saat 12.00

Qeydiyyat üçün: http://goo.gl/RI92B1

"Business Breakfast" Ləman Əhmədovanın fərdi layihəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "ASAN Kadr" Karyera mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Facemark.az saytı layihənin media tərəfdaşıdır

Bu bölməyə aid digər xəbərlər.