Ordan-Burdan » #SMM2017 Business breakfast layihəsinin başlamağına az qaldı
Tarix : 2017-08-14 14:28:34 | Baxılıb : 165
Font Ölçüsü:   |  

ASAN Könüllülük Məktəbinin fəaliyyəti çərçivəsində artıq 12.000-dən çox gənc ASAN Könüllülüsü statusunu qazanıb. Məktəbin əsas məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq onlara təcrübə qazandırmaq, karyera yüksəlişinə və ümumi inkişafa dəstək olmaqdır. Bunun üçün müəssisələri keyfiyyətli və hazırlıqlı kadrlarla təmin etmək, könüllülərin mövcud potensiallarını təkmilləşdirmək məqsədi ilə “ASAN kadr” karyera mərkəzi yaradılıb və 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Karyera mərkəzinin missiyasını nərəzə alaraq 2016-cı ildə #SMM2016 Business breakfast layihəsi həyata keçirildi.

Keçən il Azərbaycan Gənclər Fondu tərəfindən ayın layihəsi elan edilmiş, 300
müraciət, 12 spiker, 50 iştirakçı, 86% işlə təmin olunmanı özündə cəmləşdirən #SMM2017
Business breakfast yenidən start götürür.
Məlumdur ki, müasir bazar iqtisadiyyatı şəraitində yüksək rəqabətliliyə davam
gətirmək, məhsul və xidmətlərini mümkün qədər çox kütlə qarşısında tanıtmaq üçün
bizneslər rəqəmsal marketinq alətlərindən istifadə etməyə məcburdurlar. Bu səbəbdəndə,
məhsul və xidmətlərin satışı və təbliği üçün istifadə olunan Sosial Media Marketinq (SMM)
günümüzün vacib rəqəmsal marketinq alətinə çevrilmişdir. Onuda əlavə etmək lazımdır ki,
SMM bir alət olaraq sosial şəbəkələrin insanların həyatında gündən-günə artan rolundan
istifadə edərək, hədəf kütləsinə daha tez çatmaqla biznesin qarşısına qoyduğu məqsədləri
həyata keçirməyə yardımçı olur.
Ancaq belə bir sual yaranır. Azərbaycanda bu sahə üzrə lazımı sayda mütəxəssislər
varmı və daha da önəmlisi yoxdursa o zaman bu cür mütəxəssislər hansı formada yetişdirilə
bilər? Buna cavabı bir növ SMM2016 Business breakfast layihəsi verdi.
Azərbaycanın rəqəmsal bazarında SMM üzrə mütəxəssislərin kifayət qədər
olmamasını nəzərə alaraq 2016-cı il sentyabr ayında ASAN Könüllülük Məktəbinin “ASAN
kadr” karyera mərkəzinin təşkilatçılığı ilə #SMM2016 Business breakfast layihəsi həyata
keçirildi. Layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq,
iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfə vermək idi. Layihə çərçivəsində öz
sahələrinin peşəkarları bir ay müddətində “Rəqəmsal marketinq”, “SMM”, “Strateji
marketinq”, “SEO” və s. üzrə bilik və təcrübələrini layihə iştirakçıları ilə bölüşmüş, nəzəri
hissə başa çatdıqdan sonra isə praktiki təcrübə məqsədilə iştirakçılar arasında komandalar
formalaşdırılaraq müəssisələrə SMM Plan hazırlamağa yönləndirilmişdilər. Sonda həmin
planlar bağlanış mərasimində təqdim olunaraq müzakirə olunmuş, iştirakçılar sertifikat və
tərəfdaşlar tərəfindən hədiyyərlə təltiflənmişlər.
#SMM2017 Business breakfast layihəsi bu sahədə marağı olan gənclərə gələcək iş
həyatlarında böyük fayda verəcək proqramı təqdim edir. Lakin onuda qeyd etmək lazımdır ki,
layihə yalnız spikerlərlə görüş deyil, həmçinin işəgötürənlərlə işgüzar naharı, təcrübə və
bağlanış mərasimində yarışmanı nəzərdə tutur.
Beləliklə, layihənin keçirilməsində əsas məqsəd keçən il olduğu kimi təlim proqramını
tərtib etməklə və iştirakçıların bu sahədə olan bilik, bacarıqlarını artırmaq və beləliklə bu
sahədə böyük təlabata malik olan SMM mütəxəssislərini əmək bazarına çıxartmaqdır.
Qeyd edək ki, #SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin
"ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel,
Barama İnnovasiyalar Mərkəzi və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə həyata keçirilir.

Bu bölməyə aid digər xəbərlər.