sərgi, festival və konfranslar » Socialbakers Engage Prague bütün dünyadan sosial media spikerlərini bir yerə toplayır
Tarix : 2017-04-18 19:00:30 | Baxılıb : 445
Font Ölçüsü:   |  

Dünyada qabaqcıl sosial media statistikası təminatçılarından biri olan Socialbakers Praqanı yenidən dünyanın hər yeridən toplaşacaq rəqəmsal marketinq mütəxəssisləri üçün görüş nöqtəsinə çevririr.

May ayının ortasında Engage Prague özünün sayca 3-cü konfransına imza atacaq. Elan olunmuş spikerlərin arasında AirAsia-nın CEO-su Tony Fernandes, Nestle-nin Beynəlxalq Rəqəmsal və Sosial Media meneceri Pete Blackshaw və 2016-cı il ABŞ seçkiləri zamanı rəqəmsal strategiyaya rəhbərlik etmiş xanımın olacağı gözlənilir.

Engage Prague 17-19 may tarixləri arasında, Çexiya paytaxtında keçiriləcək. Bu ilki konfrans “Dünyanı sosial media vasitəsilə dəyişmək” mövzusuna fokuslanacaq. İştirakçılar sosial medianı xeyriyyə və siyasi məqsədlə istifadə edən təşkilatlar, eyni zamanda məşhur brendlərin izləyicilərinə çatmaq və onlarla əlaqə qurmaq üçün sosial medianı necə istifadə etdikləri haqqında çıxışları eşidəcəklər.

Proqram maarifləndirici, aktiv məşğuliyyət və marketinq nümayəndələri arasında əlaqələrin qurulması üzərində qurulacaq.

Socialbakers-in yaradıcısı və sədri Jan Rezab: “2016-cı il bizə göstərdi ki, sosial medianın gücü dünyanı dəyişə bilər. Biz iştirakçılara yalnız ənənəvi marketinq və sosial media ilə bol proqram təklif etmirik, həmçinin prezidentliyə namizəd Hillary Clintonun komandasının üzvü Elianne Ramos, Obamanın prezidentliyi dönəmində Ağ Evdə sosial mediadan məsuliyyət daşıyan Laura Miller kimi ənənəvi olmayan spikerlərlə də görüşmək şansı veririk. Standford İnnovasiya Sülh Laboratoriyasında müxtəlif ölkələrdə və situasiyalarda müsbət və mənfi rəyləri təhlil edərək münaqişə hallarını təyin edən Mark Nelsonun da çıxışı olacaq.”-deyə bildirib.

Engage Prague 2017-də nümayəndələr arasında MGM Resorts, Greenpeace və Marketoonist-in nümayəndəsi Tom Fishburne da olacaq. Əlavə olaraq ilkin hazırlanmış cədvələ görə konfrasın ilk günündə Engage Prague iştirakçıları Publicis, JCDecaux, Canon, LinkedIn, Heineken, DDB kimi markaların marketoloqları tərəfindən keçiriləcək 28 müxtəlif seminarda iştirak edə biləcəklər.

Digər seminarlar NASA-dan insanların kosmos və Ryan A. Bell ilə daima əlaqədə qalmasına kömək etmiş və virtual reallıq ilə bağlı seminarı ötən il ən məşhur seminarlar arasında yer almış Veronica McGergor tərəfindən aparılacaq.

Bu bölməyə aid digər xəbərlər.