digimark » “Sony” “iPhone X” qiymətinə robot iti satışa çıxardı
Tarix : 2017-11-01 16:19:06 | Baxılıb : 113
Font Ölçüsü:   |  

“Sony” şirkəti quyruq sallaması, oyuncu xarakteri və hərəkətləri ilə əsl itdən fərqlənməyən robot Sony Aibonu Yaponiyada təxminən 1713 dollara (2913 manat-red.) satışa çıxarıb.

Facemark.az xəbər verir ki, firma təxminən 10 il bundan qabaq evcil robot it modelini bazara təqdim etmişdi.

Yeni Aibo evin sakinləri ilə duyğusal əlaqə qura bilir və onlara sevgi, şəfqət, dostluq hissləri ötürə bilir. Əsl itlər qədər bədənini hərəkətli və aktiv şəkildə istifadə etmək üçün 22 fərqli yeniliklərə sahibdir. Gözləri ilə isə müxtəlif ifadələr göstərmək üçün isə OLED panellərindən istifadə edir. İtin batareya müddəti isə 2 saatdır.

Digər yandan “Sony” elan edib ki, Aibonun davranışlarını öncədən proqramlaşdırmaq mümkündür. Robot sahiblərinə zəng edə , onların harada xoşbəxt olduqlarını öyrənə və ətraf mühitlə ayaqlaşa bilir.

Bu bölməyə aid digər xəbərlər.