digimark » Sosial mediada sürətli reklam mətni necə yazılır?
Tarix : 2017-06-15 13:31:40 | Baxılıb : 307
Font Ölçüsü:   |  

Marketinq dünyasında bilinən bir söz vardır: "Büdcəmizin yarısını boşa xərclədim ancaq hansı yarısı olduğunu bilmirəm". Bu söz nəysə ki daha yaxşı ölçülə bilən digital dünyada hardasa heç bir sahədə yer almır.

Olduqca güclü ölçülə bilən və bir çox platformaya görə daha uyğun büdcələrlə effektiv nəticələr alına bilən sosial media reklamlarını dərhal bütün marketoloqlar gündəlik həyatında istifadə edir. Reklamın müvəffəqiyyətində KPI-larınızın təyin olunmasından, reklamınızın pərformansına qədər bir çox texniki mövzu var. Müvəffəqiyyətdə rol oynayan digər bir faktor isə reklamınızın mətnidir. İstər gün içində birdən çox sektor üçün fərqli reklam mətnləri yazın, istər sosial şəbəkələr üçün qələmi ilk dəfə əlinizə alın, reklam mətni yazmaq mövzusunda daha sürətli olmanızı təmin edəcək ipuçlarını bir araya gətirdik.

Kim olduğunuzu bilin

Hədəf kütlənizin kim olduğunu, ehtiyaclarını və reklam metninizin nə üçün yazdığınızı tam olaraq araşdırın. Hədəf kütlənizi təyin edərkən, onların dəyərləri və maraq sahələri və ehtiyacları nələrdir? kiimi suallara cavablar axtarışınız, bu mövzuda sizə köməkçi olacaq.

Etdiyiniz bazar araşdırmaları, tədqiqatlar ilə sizdən nə kimi gözləntilər olduğunu anlamağa çalışa bilərsiniz. Bu sayədə, marka olaraq onlara məhsul ya da servisinizlə necə dəyər qatacağınızı təyin edə bilərsiniz.

Rəqiblərinizi yaxşı tanıyın

Rəqiblərin hər zaman nələr etdiyini bilmək və təqib etmək rəqabətli bazarda sizin daha çox məlumatlı olmanızı təmin edər.

Qarışıq cümlələrdən istifadə etməyin

Bütün bunları təmin etdikdən sonra sıra mətninizi yazmağa gəlir. Sosial mediada " simple one is the best "(sadə olan ən yaxşısıdır) şəklində bir təbir vardır. Artıq reklam bir çox istifadəçinin görmək istəməyəcəyi qədər həyatımızda sıx olduğu üçün uzun və mürəkkəb mətnləri, reklam çevrilmə nisbətinə də mənfi təsir etməkdədir. Mətninizi yüngülləşdirmək üçün uzun cümlələrdən uzaq dayana bilərsiniz.

İnsanların paylaşmaq istədiyi mətnlər yazın

New York Times və Consumer Insight Groupun birlikdə hazırladığı "Paylaşma Psixologiyası" hesabatında kütlələrin bir məzmunu paylaşarkən, bunun altında 5 təməl səbəbin olduğu ifadə edilmişdi. Insanlar, başqalarına qiymətli və əyləncəli məzmunu göstərmək, özlərini ifadə edə bilmək və başqalarına tanıtmaq, əlaqələrini inkişaf etdirmək və maraqlandıqları və qayğı duyduğu bir mövzunu cəmiyyətə çatdırmaq üçün məzmun bölüşürlər. Siz də bu beş səbəbə diqqət edə bilərsiniz.

Reklamı doğru formatda yazın

Hər platformanın özünə xas xüsusiyyəti var və bu xüsusiyyətlər daxilində bir çox reklam formatı var. Reklam formatının video, caraousel, kolleksiya ya da şəkil ola bilər. Reklam formatının içində fərqli mətn növləri yazmaq lazım olacaq. Vizual baxımdan isə diqqət çəkici reklam yaratmaq üçün reklamınıza yalnız məhsulu yerləşdirmək yerinə, məhsul ya da xidmətdən faydalanan şəxslərin görüntülərinə yer verə bilərsiniz.

Bu bölməyə aid digər xəbərlər.