Ordan-Burdan » “SpaceX”in ən yeni mühərriki sınaqlar zamanı partladı
Tarix : 2017-11-09 14:19:18 | Baxılıb : 78
Font Ölçüsü:   |  

“SpaceX” şirkətindən bildiriblər ki, yeni Merlin mühərriki sınaqlar zamanı partlayıb. Yeni mühərrik “Falcon 1” və “Falcon 9” raketlərində istifadə olunurdu. Bununla belə planlaşdırılırdı ki, “Falcon Heavy” də də istifadə olunsun.

Facemark.az Lenta.ru-ya istinadən xəbər verir ki, Gizmodo nəşri yazır ki, partlayış zamanı heç bir əməkdaş xəsarət almayıb.

Şirkətdən verilən açıqlamaya görə, hazırda partlayış səbəbləri araşdırılır. Mühərrikin partlayışı əvvəlcədən müəyyən olunmuş qrafiklərə təsir etməyəcək. Bundan başqa, şirkət “Block 4” və “Falcon 9” mühərriki üçün test proqramını davam etdirir.

Yalnız Block5 mühərriki üçün ixtisas sınaqları bitib, hansı ki, hələ raketlərin işə salınması üçün istifadə olunmur. Birinci “Falcon Heavy”ının 2017-ci ilin noyabrında işə salınması planlaşdırılmışdır. Şirkətin rəhbəri Elon Musk isə düşünür ki, çox güman ki, ilk uçuş uğursuz olacaq.

Qeyd edək ki, “Falcon Heavy” dünyada ən güclü raketdir, onun işə salınması “Delta IV Heavy”nin işə düşməsindən 3 dəfə ucuza başa gələcək. Təxminən 120 milyon dollara.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.