Partnyorlar » Startup Istanbul bu ilin 6 - 10 oktyabr tarixində keçiriləcək
Tarix : 2016-09-02 13:55:23 | Baxılıb : 537
Font Ölçüsü:   |  

Etohum tərəfindən təşkil olunan Startup Istanbul tədbiri 6 - 10 oktyabr 2016 il tarixində keçiriləcək. Tədbirin son günü Volkswagen Arenada baş tutacaq. ABŞ, Asiya və Avropadan olan yüzlərlə sahibkar və investorlar bu tədbirdə bir araya gələcək. Yeni rəqəmsal iqtisadiyyat tədbiri olan Startup Istanbulu ziyarət etməklə, Siz də qabaqcıl startup-larla yaxından tanış olmaq imkanını əldən verməyin.

bir çox beynəlxalq təşkilatlar tərəfindən tanınmış Avrasiyanın ən əhəmiyyətli yeni digital iqtisadiyyat hadisələrdən biri olan Startup Istanbul, internet təşəbbüslərin və İnternet sektorunun gələcəyini formalaşdırmaq üçün, bu il dünyanın ən əhəmiyyətli Internet rəhbərlərini dördüncü dəfə bir araya gətirir.

6 oktyabr, cümə axşamı və cümə günü başlayan tədbirdə sahibkarlıq ekosistemin mütəxəssisləri öz bilik və təcrübələrini bölüşəcək və ekosistemin gələcək inkişafı üçün yeni həllər təklif edəcəklər. Ekosistemin fərqlilikləri ilə tanış olmaq və tədbir iştirakçılarını dinləmək üçün, yalnız qeydiyyatdan keçməniz kifayətdir: http://startupistanbul.com/register

Siz həmçinin, Startup İstanbul Challenge müsabiqəsində iştirak etmək istəyirsinizsə, sentyabra qədər http://apply.startupistanbul.com ünvanına müraciət edə bilərsiniz.

Əgər siz 80 ölkədən seçilmiş startapçılarla görüşmək istəyirsinizsə, Startup Istanbul sizin üçün ideal seçimdir. Startup İstanbul dünyanın 20.000 startup ərizələri toplayır və təcrübəli komanda işlərini nəzərdən keçirir, onlarla müsahibələr aparır və sizin üçün düzgün ümidverici startaplar seçir. Qlobal mühit hesabına Startup İstanbul investorların görüş yeridir. İnvestor kimi siz buradan qeydiyyatdan keçə bilərsiniz. Ətraflı məlumat əldə etmək üçün (investors.startupistanbul.com) linkinə daxil ola bilərsiniz.

Xatırladaq ki, Facemark.az saytı bu tədbirin media partnyorudur

Bu bölməyə aid digər xəbərlər.