digimark » Tədqiqatçılar: “iPhone X” ən dayanıqsız modeldir
Tarix : 2017-11-07 12:56:00 | Baxılıb : 93
Font Ölçüsü:   |  

“Apple” şirkətinin yeni “iPhone X” modelinin ən davamlı şüşədən hazırlandığını bildirsələr də, tədqiqatçılar faktiki olaraq bildiriblər ki, şirkətin yeni ağıllı telefonu dayanıqsızdır.

Facemark.az BBC-ə istinadən xəbər verir ki, “Square Trade” sığorta şirkətinin apardığı təcrübədə, bütünlüklə şüşə materialdan hazırlanan “iPhone X”in qırılabilmə xalı 100 üzərindən 90 alıb.

Təcrübədə ağıllı telefonun real həyatda bəzi vəziyyətlər qarşısında dayanıqlığı və təmirə rahatlıq səviyyəsi də nəzərə alınıb.

“Times”ın hesabatına görə, telefon 2 metr yüksəklikdən beton səthin üzərinə atılıb və “iPhone X”in ekranı ilk zərbə ilə zədələnib, ekran reaksiya verməməyə, üz tanıma texnologiyası iflic olmağa başlayıb.

Ən yaxşı model “iPhone 6 S”dir

Telefonun cibdən yerə düşməsi sadəcə 1 metr yüksəkliyindədir, amma “iPhone X” əvvəlki bütün “iPhone” modellərindən daha aşağı xal alıb. Ən yaxşı qırıla bilmə xalını “iPhone 6 S” alıb. 45 xal.

“iPhone X”, “iPhone 8” və 8 Plus modelləri kimi suyun altında 30 dəqiqə qala bilib

“iPhone X”in ekranı və hissələri digər modellərə görə çox bahalıdır və dəyişdirilməsi də çətindir. Testlərdə “Samsung Galaxy 8” 76 xalla ən pis ikinci telefon olub, ən yaxşı telefon isə “Motorola”nın Droid Turbo 2 telefonu olub.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.