Buna bir ad ver » Yello Advertising-in yeni layihəsi: Təkanı mətbəxinizə verin!
Tarix : 2016-12-27 11:26:51 | Baxılıb : 191
Font Ölçüsü:   |  

Mətbəx hər bir evin ən vacib məkanlarından biridir. Bəziləri üçün öz məharətini göstərmək, bəziləri üçünsə dincəlmək yeridir mətbəx. Elə ona görə də insanlar, xüsusilə də, qadınlar öz mətbəxinin maksimum mükəmməl olmasına çalışır.

Məşhur alman markası Teka bu mükəmməlliyi daha da əlçatan etmək üçün xüsusi bayram endirimləri kampaniyası başlatdı. Kampaniya üçün yaradıcı çözümü isə Yello Advertising-in öhdəsinə buraxdı. Agentlik isə sözdən söz çıxarmaq ənənəsinə sadiq qalaraq “Tekanı mətbəxinizə verin!” konseptini yaratdı. Bununla da insanların mətbəxdə dəyişiklik istəklərinə təkan verməyə çalışdı.

Üstəlik, olduqca yaradıcı və əsl bayram əhvalı yaradan vizuallaşma bu konsepti mükəmməl şəkildə tamamladı. Bu bayram günlərində öz mətbəxinə Tekanı verənlər ona həm də təkan vermiş olacaq…

Bu bölməyə aid digər xəbərlər.