Ordan-Burdan » Təqlid logolara sahib məşhur brendlər
Tarix : 2017-06-05 21:06:36 | Baxılıb : 116
Font Ölçüsü:   |  

Business Insider; Starbucks, Ford, Airbnb, Sega, CNN, Gucci və Chanel kimi əhəmiyyətli markaların logolarını bənzərləriylə müqayisə olunan bir video nümayiş etdirildi. Videoda yer alan ən əhəmiyyətli markalardan biri olan Starbucks logosunun originalının Elpreya adlı Cənubi Koreyalı bir qəhvə şirkətinə aid olduğu açıqlanır. Videoda bu şirkətin qəhvələrinə Starpreya adını verdiyi ifadə edilərkən ayrıca Starbucks-ın 2006-ci ildə bu şirkətə qarşı logo davasını itirdiyi ifadə edilir.

Logosunun Nebraska ETV networkun logosuna bənzəməsi səbəbiylə, 1976-ci ildə ABŞ-lı televiziya kanalı NBC-nin də başı bəlaya girmişdi. Nebraska ETV Network, NBC-nin müəllif hüququnu pozduğunu müdafiə etmişdi. NBC, bu problemi həll etmək üçün Nebraska ETV networklara 500.000 dollar dəyərində avadanlıq vermiş və yeni bir logo hazırlamaq üçün 25.000 dollar xərcləmişdi.

Medium-un logosunun 1977-ci ildəki Metrocraft logosuna bənzədiyi ifadə edilərkən Airbnb-nin logosunun isə 1975-ci ildəki Azuma Drive-ın və Automation Anywhere logosuna bənzədiyi ifadə edilir. Ayrıca videoda məşhur moda markaları Gucci və Chanel və də NBA komandaları Los Angeles Lakers və Los Angeles Clippers-ın logolarının da bir-birinə bənzədiyini vurğulayır.

Bu bölməyə aid digər xəbərlər.