Ordan-Burdan » Tramp bu həftə FED sədrliyinə namizədin adını açıqlayacaq
Tarix : 2017-10-30 13:11:00 | Baxılıb : 61
Font Ölçüsü:   |  

ABŞ prezidenti Donald Tramp bu həftə Federal Ehtiyatlar Sisteminə (FED) özünün namizədinin adını açıqlayacaq.

Facemark.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Tramp qərarını bu həftənin hər-hansı bir günü açıqlayacağını bildirib: “FED namizədi olan şəxsdən mükəmməl nəticə gözləyirəm. Ağlımda bir ad var. Bu ad hər kəsi təəccübləndirəcək”, - deyib.

Mənbələrin verdiyi məlumata görə, prezident FED sədrliyinə özünün namizədi sırasında vali Jerome Powellu görmək istəyir.

Bu bölməyə aid digər xəbərlər.