Ordan-Burdan » Türkiyə Rusiyaya pomidor ixracına başladı
Tarix : 2017-11-10 13:28:15 | Baxılıb : 90
Font Ölçüsü:   |  

Rusiya ilə ticarətdə embarqonun aradan qaldırmasından sonra bu ölkəyə ilk pomidor ixracatı İzmirin Bergama əyalətindən edilib.

Facemark.az xəbər verir ki, dünyanın ən böyük anbarlarından olan Bergamadakı Agrobaydan götürülən pomidorlar TIR-lara yüklənərək Sankt - Peterburqa göndərilib. Rusiyanın öndə gələn pərakəndə zəncirlərinə göndərilən pomidorlar ümumilikdə ölkənin 750 marketinə aparılacaq.

Agrobay Seracılık şirkətinin İdarə Heyətinin üzvi Arzu Şentürk deyib ki, embarqodan öncə Rusiyaya 10 min ton pomidor göndərilib. Bu il isə 5 min tonluq müqavilə imzalayıblar.

“Rusiya market zəncirləri ilə müqaviləni tamamladıq və məhsulu göndərdik. Rusiyanın ən böyük endirimli market zəncirlərindən birinə satış həyata keçirəcəyik. Rusiya bazarı bizim üçün 2003-cü ildən bu yana ən böyük bazardır.

Təyyarə böhranından öncə illik 14 min tonluq istehsalın 10 min tonunu Rusiyaya göndərirdik. Keçən il isə bu bazar bağlı olduğu üçün daxili bazar payını 65%-ə çıxartdıq və Avropada yeni müştərilər tapdıq.

5 min tonluq müqavilə imzaladıq, məhsulun miqdarını 7 min tona çıxara bilərik. Rusiyadakı market sahibləri ötən il kiloqramı 30 dollardan pomidor satıldığını və bu səbəbdən istehlakın çox düşdüyünü bildirib. Hesab edirəm ixracat Rus xalqı üçün də yaxşı olacaq. Çünki biz bu dəfə ilk məhsulun ixrac qiymətini 1 kiloqram üçün 1,5 dollardan hesabladıq”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə üçün ən böyük bazarlardan biri sözsüz ki, Rusiyadır. 2015-ci ilin noyabr ayında təyyarə böhranı səbəbi ilə idxalat dayanıb, iki ölkə ilə yaxınlaşmadan sonra isə Rusiya bazarında ancaq müyyən olunmuş marketlərə illik 50 min ton həcmində pomidor göndərmək mümkün olmuşdu.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.