Buna bir ad ver » Türkiyənin “Vestel” şirkəti “Daewoo”ya müştəri çıxıb
Tarix : 2017-10-27 11:44:15 | Baxılıb : 101
Font Ölçüsü:   |  

“Toshiba”nın televiziya bölməsi üçün təklif verən və nəticə gözləyən “Vestel” daha bir texnologiya şirkətinin ardınca düşüb. “Vestel” Cənubi Koreyanın “Daewoo” şirkətinin məişət texnikası bölməsini almaq üçün təklif verib.


Facemark. az xəbər verir ki, “Zorlu Holding”in İdarə Heyətinin Başçısı Əhməd Nazif Zorlu “Bloomberg”ə açıqlamasında mətbuatda yayılan xəbərləri təsdiqləyərək bəyan edib ki, “Dongbu Daewoo Electronics”i almaq üçün təklif veriblər.


Cənubi Koreyanın yerli xəbər agentliyi isə yazır ki, “Dongbu Daewoo Electronics”ə müştəri çıxanlar arasında Türkiyədən başqa daha üç ölkə də var. Bunlar Meksika, Fransa, İsveçdir.


Qeyd edək ki, “Vestel” “ Toshiba”nın televiziya bölməsi üçün də təklif verib. “Toshiba”ya digər Uzaq Şərq ölkələri də müştəri çıxıb. Nəticələr isə qısa zamanda açıqlanacaq.


Xatırladaq ki, “Vestel” “Zorlu Holding”ə daxildir.

Bu bölməyə aid digər xəbərlər.