Buna bir ad ver » Türkiyənin “Vestel” şirkəti üçün Toshiba TV əldən getdi
Tarix : 2017-11-15 11:04:21 | Baxılıb : 119
Font Ölçüsü:   |  

“Vestel”in almaq üçün təklif verdiyi Toshiba TV Çinin “Hisense” şirkət tərəfindən alınıb.

Facemark.az Business HT-yə istinadən xəbər verir ki, çin şirkəti Toshiba TV bloku üçün 113,6 milyon dollar təklif verib.

“Toshiba” növbəti il üçün 700 min ədəd TV istehsal edən blokunda səhmlərinin 95%-ni satacaq. Səhmlərinin geridə qalan hissəsi isə özünə qalacaq.

Qeyd edək ki, iqtisadi böhran dövrlərini yaşayan Yaponiya şirkəti “Toshiba” qabyuyan və paltaryuyan maşınlarının yer aldığı ağ əşyalar səhmlərini Midea şirkətinə satmışdı.

Bu bölməyə aid digər xəbərlər.