digimark » “Twitter” 280 simvolu hamı üçün əlçatan edəcək
Tarix : 2017-11-08 12:03:48 | Baxılıb : 71
Font Ölçüsü:   |  

Yaxın zamanlarda bütün “Twitter” istifadəçiləri 250 simvol ilə uzun tvittlər ata biləcəklər.

Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda məhsullar üzrə menecer Alisa Rozen bildirib.

Onun sözlərinə görə, 2017-ci ilin sentyabrından uzun tvitlərə keçirilməsinə dair sınaq müddəti uğurla başa çatıb. Bildirilir ki, uzun tvitlər atan istifadəçilərin tvitləri daha çox layk və retweet olunub.

Şirkətin rəsmiləri qeyd ediblər ki, şəkil və 140 simvoldan ibarət tvit 190 simvolla atılan twitlərdən daha çox yer tutur. Beləliklə, istifadəçilər lentlərini oxumaq üçün xərclənən zamanın artmayacağını fərq etdilər.

Dəyişikliklər, Yapon, Çin, Koreya dilindən başqa digər dillərə şamil ediləcək.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.