digimark » Twitter 360 dərəcə formatında video yayım təqdim etdi
Tarix : 2016-12-29 12:24:58 | Baxılıb : 510
Font Ölçüsü:   |  

Twitter 360 dərəcə formatında video yayım funksiyasını təqdim edib. Bu barədə şirkətin bloqunda xəbər verilir. Şəbəkədə videonu yeni formatda yayımlamaq Periscope-un köməyilə mümkündür.

Qeyd olunur ki, yeni format bütün videolarda «LIVE 360» nişanı olacaq. Bu cür videolara baxış bütün istifadəçilər üçün, onları yayımlamaq isə hələlik məhdud sayda insanlar üçün mövcuddur.

Xatırladaq ki, 360 dərəcə icmalı panoramik foto və videoları bir çox platformalar dəstəkləyir. Facebook bu tip videoları 2015-ci ilin sentyabrında, bu tip fotoları isə cari ilin mayında dəstəkləməyə başlayıb.

Dekabrın ortalarında WordPress saytının məzmun idarə sistemi də həmçinin VR-dəstək aldı.

Bu bölməyə aid digər xəbərlər.