digimark » Twitter axın videonu istifadəyə verib
Tarix : 2016-09-17 13:52:14 | Baxılıb : 625
Font Ölçüsü:   |  

Bloomberg məlumat verib ki, Twitter axın video xidmətini istifadəyə verib. Yenilik Amerika Futbol Liqasında (NFL) yeni mövsüm üçün hazırlanır. Bir müddət əvvəl şirkət NFL ilə müqavilə bağlayıb və cümə axşamı ilk yayımını təşkil etməyi planlaşdırır.

Xəbərdə bildirilir ki, Twitter yalnız idman yayımlarını deyil, həm də əyləncə və xəbər proqramlarının yayımlanmasını da müqaviləyə daxil etmişdir. Videonu hətta Twitter hesabı olmayanlar da izləyə biləcək. Yeni imkanlar Apple TV, Fire TV və Xbox One sahibləri üçün mövcuddur.

Bu Twitter-in populyarlığını artırmaq üçün nəzərdə tutulan daha bir tədbirdir. Bir müddət əvvəl, The Verge nəşri bildirmişdir ki, ayın 19-dan sonra sosial şəbəkə tvitdə simvol sayı məhdudiyyətini aradan qaldırır.

Bu bölməyə aid digər xəbərlər.