Ordan-Burdan » Twitterdə 48 milyon bot hesab var
Tarix : 2017-03-15 13:36:54 | Baxılıb : 401
Font Ölçüsü:   |  

Kaliforniya Universitetində aparılan araşdırmanın nəticəsi olduqca maraq doğurub. Belə ki, nəticəyə görə Twitter-də 48 milyon saxta hesab mövcuddur.

Bot adlanan bu hesablar tvitləri bəyənir, retvit edir və istifadəçiləri izləyə bilir. Hazırda Twitter 319 milyon aylıq aktiv istifadəçiyə sahibdir. Araşdırmaçılar hesabın real yoxsa saxta olduğuna paylaşımlarına baxaraq qərar verirlər.

Öz məşhurluğunu daha da artırmaq istəyən Titter fenomenləri bu botlardan daha çox istifadə edir. Kodlardan ibarət olan saxta profillər sosial media saytlarında insan kimi davranırlar. Twitter bot hesablara qarşı önləmlər alıb. Telefon və ya e-mail vasitəsilə təsdiqlənməyən profillər bot hesab olunur və blok listinə salınır.

Bu bölməyə aid digər xəbərlər.