digimark » Twitter-in idarə heyəti şirkətin satışını nəzərdən keçirir
Tarix : 2016-09-07 12:34:28 | Baxılıb : 628
Font Ölçüsü:   |  

Twitter şirkətinin idarə heyəti aktivlərin satış imkanlarını müzakirə edəcək. Bu, sabah – idarə heyətinin yığıncağı zamanı baş verə bilər.

"Re-code"un verdiyi məlumata görə, idarə heyəti narazıdır ki, Jack Dorsey Twitter-in baş direktoru vəzifəsinə təyin olunduqdan sonra, şirkətdə heç bir müsbət dəyişiklik baş verməyib. Bildirilir ki, sosial şəbəkə ya tamamilə satıla və ya şirkətə məxsus ayrı-ayrı xidmətlər, o cümlədən Vine kimi mobil tətbiqetmə satıla bilər.

Twitter alıcı namizədlər kimi Alphabet korporasiyasının, Apple şirkətinin və 21st Century Fox holdinqinin adını çəkir. Sövdələşmənin ilkin dəyəri 18 mlrd. dollar qiymətləndirilir.

Xatırladaq ki, Jack Dorsey Twitteri 2006-cı ildə yaratmışdır. İki ildən sonra o şirkətdən gedir, lakin 2015 ildə qayıdaraq baş direktor vəzifəsini tutur.

Bu bölməyə aid digər xəbərlər.