Ordan-Burdan » УАЗ World of Tanks stilində avtomobil buraxdı
Tarix : 2016-12-01 11:42:53 | Baxılıb : 335
Font Ölçüsü:   |  

УАЗ Wargaming şirkəti ilə birlikdə, kompyuter oyununa həsr olunmuş, УАЗ Patriot World of Tanks Edition avtomobilinin xüsusi versiyasını təqdim edib. Avtomobil klimat-kontrol, ESP sistemi, multimedia və naviqasiya sistemli sensor ekran, ön və arxa park sensorlarına malik arxa kamera, həmçinin qış seçimləri dəstinə malikdir ki, buraya qabaq və arxa oturacaqların qızdırılması, sükanın və qabaq şüşənin səthi boyunca elektro isdilməsi aiddir.

Qeyd olunur ki, УАЗ Patriot World of Tanks Edition avtomobilinin bütün alıcılarına КВ-5 tankı və 180 günlük premium hesab hədiyyə olunacaq. Həmçinin, УАЗ-ın rəsmi diller mərkəzləri və internet mağazalarında World Of Tanks Edition-nın xüsusi aksesuarları təqdim olunacaq.

УАЗ-ın baş direktoru Vadim Şveçovun sözlərinə görə, bu avtomobilin təqdim olunması “УАЗ -ın ötən il artmağa başlayan bazar payının aktiv şəkildə qalxmasını davam etdirmək üçün yeni auditoriya və yeni kateqoriya müştərilərin cəlb etmək strategiyasının həyata keçirilməsində addım olacaqdır”.

УАЗ Patriot World of Tanks Edition avtomobilinin xüsusi versiyasının istehsalı 2016-cı ilin dekabr ayına planlaşdırılır. Avtomobilin qiyməti hələ məlum deyil və satış startı zamanı elan ediləcək.

Bu bölməyə aid digər xəbərlər.