Buna bir ad ver » “Uber” Bakıda ən yaxşı partnyor-sürücülərini mükafatlandırıb
Tarix : 2017-01-24 14:37:36 | Baxılıb : 414
Font Ölçüsü:   |  

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti 2016-cı ilin nəticələrinə əsasən, Bakı şəhərində ən yaxşı partnyor-sürücülərini avtomobillərin texniki xidmət və təmir işləri üçün 500 manat dəyərində hədiyyə kuponu ilə mükafatlandırıb.

Qeyd etmək lazımdır ki, şirkət bayram günləri ərəfəsində və əhəmiyyətli tarixlərdə istifadəçilərini birgünlük aksiyalar ilə sevindirməyi, həmçinin əlverişsiz hava şəraiti ilə əlaqədar onlara qayğı göstərməyi davam etdirir. Bu dəfə “Uber” şirkət sözügedən xidmətlərin həyata keçirilməsində əvəzolunmaz rolu olan partnyor-sürücülərini mükatfatdırmağa qərar verib.

Ən yaxşı partnyor-sürücüləri müəyyənləşdirmək üçün çoxsaylı namizədlər arasında istifadəçilərin müsbət rəyləri və 4 mindən artıq gedişin həyata keçirilməsi başda olmaqla bir neçə meyar üzrə seçim aparılıb. Nəticədə beş partnyor-sürücü qalib olub (Elnur Mehdiyev, Pərviz Məhərrəmov, Ramil Rüstəmov, Kəmran Eyyubov, Qədir Məmmədov). Onlara texniki xidmət və təmir işləri üçün 500 manat dəyərində hədiyyə kuponu təqdim olunub.

“İşimə necə həvəslə yanaşdığımı qiymətləndirdiyi üçün “Uber” şirkətinə minnətdaram. Hədiyyədən xeyli məmnunam və cari ildə işimə böyük stimul ilə başlayıram. Şirkətəişlərində müvəffəqiyyət və Azərbaycanda öz iştirakını genişləndirməyi arzu edirəm”, - deyə qalib sürücü-partnyorlardan biri olan Elnur Mehdiyev sevinci ilə bölüşüb.

“İşləməyi sevirəm və günün təxminən 10-14 saatını sükan arxasnda keçirirəm. Bu isə təxminən günərzində 15-20 sifariş deməkdir. İşsiz oturmağı sevmədiyimdən həftəsonlarında da işləməyi üstün tuturam. Məndən fərqli olaraq avtomobil bu cür iş qrafikdən “yorulur” və ona texniki dəstək tələb olunur. Bu səbəbdən avtomobilin təmiri və texniki işləri üçün “Uber” şirkəti tərəfindən bizə təqdim olunan hədiyyə kuponları lap yerinə düşdü”, - deyə qalib gələn digər partnyor-sürücü Ramil Rüstəmov bildirib.

Bu bölməyə aid digər xəbərlər.