Buna bir ad ver » “Uber” Bakıda istifadəçilərə Yeni il yolkaları çatdıracaq
Tarix : 2016-12-13 13:26:42 | Baxılıb : 469
Font Ölçüsü:   |  

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Yeni il bayramı ərəfəsində Bakıda bir günlük kampaniya keçirəcək.

“Yeni il bayramına hazırlıqilin ən əyləncəli, şən və hədiyyə dolu bir dövrüdür, lakin məhz sözügedən hazırlıq işləri insanın ən çox vaxtını alır. Bu il “Uber” Yeni ilin ən vacib atributlarından olan bayram yolkasını tam pulsuz Bakıdakı istifadəçilərinə çatdıracaq. Dəyərli vaxtınızı mağazaları gəzməyə və yolka axtarmağa sərf etməyin,belə ki,“Uber” sizi düşünərək çatdırılmanı qapınızadək həyata keçirəcək. Biz qar söz verə bilmərik, amma bu qış Yeni il yolkası sizin qapınıza çatdırılacaq. Sadəcə bir toxunuşla “UberElka” sifariş edin”, - deyə şirkətin məlumatında bildirilir.

Dekabrın 15-də saat 11:00-dan 17:00-dək “Uber” Bakıdakı istifadəçilərinə pulsuz olaraq Yeni il bayramı yolkasını çatdıracaq.“UberElka” gözəl olması ilə yanaşı, həmçinin rahat daşınandır və komfortlu paketə malikdir. Süni şam ağacının hündürlüyü 1,20 metr təşkil edir.

Yolka sifariş etmək üçün dekabrın 15-də saat 11:00-17:00 arası “Uber” proqramına daxil olmaq, proqramda “UberElka” funksiyasını seçmək lazımdır ki, bundan sonra bir neçə dəqiqə ərzində Yeni il bayramı yolkası qeyd olunmuş ünvana çatdırılacaq. Hər istifadəçi sadəcə bir dəfə sifariş edə bilər. “UberElka” kampaniyası zamanı yüksək tələb gözlənilir və ilk dəfədən sifariş etmək mümkün olmasa belə, bir dəqiqədən sonra təkrarən sifariş etmək gərəkdir.

Bundan başqa, hər bir yeni “Uber” istifadəçisi də yolka sifariş verə bilər. Bunun üçün “Uber” proqramını mobil telefona yükləmək, “BakuElka” promo-kodu ilə qeydiyyatdan keçmək lazımdır. Hər yeni istifadəçi ilk 5 gediş üçün 20%-lik endirim qazanacaq.

Bu bölməyə aid digər xəbərlər.