Buna bir ad ver » “Uber”dən yeni reklam çarxı - VİDEO
Tarix : 2017-11-03 15:10:00 | Baxılıb : 154
Font Ölçüsü:   |  

Bütün dünya üzrə taksi xidməti göstərən məşhur “Uber” şirkəti yeni reklam çarxı hazırlayıb.

Facemark.az adindex.ru-ya istinadən xəbər verir ki, “Uber” bununla Asiyanın ən böyük şəhərlərində yaşanan tıxac probleminə həll yolu tapır”, - deyə Adweek yazır.

Tıxac problemi uzun zamandır Asiyanın şəhərlərində olur və bu proses gün keçdikdə daha da artmağa başlayıb.

Araşdırmaların nəticələrinə görə, Asiyanın ən böyük 9 şəhərində sürücülər tıxacda 52 dəqiqə, avtomobilin park edilməsi üçün isə 26 dəqiqə itirirlər.

Sorğunun nəticələrinə görə, 10 avtomobil sahibindən 4-ü şəxsi avtomobildən imtina etməyə hazırdır.

Marka reklam çarxında göstərmək istəyir ki, Asiya şəhərlərinin sakinləri üçün taksidən istifadə etmək daha əlverişli olacaq.

Reklam çarxı Bankokda ərsəyə gətirilib. Təxminən 200 nəfər çəkilişə qatılıb. Reklamın çəkilməsi zamanı nə qədər qutudan istifadə edildiyi isə açıqlanmır.

Filmin soundtrack-i isə “The Bare Necessities”in məşhur mahnısıdır. Çarx İsveç reklam agentliyi “Forsman&Bodenfors” tərəfindən çəkilib.

Bu bölməyə aid digər xəbərlər.