digimark » Üç il öncə 30 min Bitkoin alan investordan önəmli açıqlama
Tarix : 2017-11-13 15:35:45 | Baxılıb : 179
Font Ölçüsü:   |  

Silikon Vadisi şirkətlərindən biri olan “Draper Fisher Jurvetson”un qurucusu olan Tim Draper kriptovalyuta sözünü ilk eşidəndə 2009-cu ildə Lissabonda təşkil edilən texnologiya konfransında idi.

Facemark.az xəbər verir ki, onun tanış olduqdan sonra aşiq olduğu bu pulun adı bu gün ev, avtomobil, vətəndaşlıq almaq mümkün olduğu Bitkoin idi.

2014-cü ildə Yapon kripto pul birjası Mt.Gox un iflasından sonra 40 min bitkoin itirən Draper bu skandalın rəqəmsal pulun sonunu gətirəcəyindən demək olar ki, əmin idi. Ancaq o vaxtlar bitkoinin dəyəri 10-20% aşağı enmişdi və Draperin təxminlərinin əskinə sıfırlanmışdı.

Draper sərmayəsini itirdikdən bir neçə ay sonra “Marshals Service”nin açıq hərraclarında 30 min bitkoin alır. O vaxt digital pulun dəyəri 600 dollar olub. Hazırda bitkoinin dəyəri 8 min dollardır. Onun investisiyasının dəyəri isə birdən birə 18 milyon dollardan 213 milyon dollara qədər artıb.

Draperin sözlərinə görə, Bitkoin internetin ixtirasından sonra ən böyük texnologiya, sosioloji transformasiya, hərəkətdir.

İş adamı investorlara bitkoin alıb almayaq? sualına dair bu cür tövsiyələrini verib:

“İnsanlar hər zaman bir problem olduğunu deyəcəklər. Bu isə hər şeyin tərsinə olacağı anlamına gəlir. Mən vaxtında böyük risklər aldım. Zamanımın 60%-də pul itirdim. Düşünürəm investorlar dərslərinə yaxşı çalışmalı və investisiya edəcəkləri sahənin qanuniliyini araşdırmalıdırlar”.

Draperin fikrincə, bitkoin maliyyə sənayesini iki hissəyə böləcək. “Mövzunun önəmli olduğunu müdafiə edənlər və hər şeyimi qoruyacağam deyib mühafizəkar mövqedə dayananlar”. Ancaq günün sonunda kimin qazanacağı bəllidi. İnkişaf və texnologiya”.

Bu bölməyə aid digər xəbərlər.