Ordan-Burdan » Uniqlo'dan geyim avtomatları
Tarix : 2017-08-10 17:37:59 | Baxılıb : 184
Font Ölçüsü:   |  

Nə vaxtsa tələsik çamadan hazırlayıb təyyarəyə vaxtında çata bilməyə çalışərkən ən sevdiyiniz və ya çox lazımınız olacaq hansısa paltarınızın evdə qaldığını hava limanında xatırlamasınız? Əminəm ki, çoxlarının başına belə bir hadisə gəlib. Sadə, dəbli və rahat dizaynları ilə tanınan Yapon geyim brendi Uniqlo belə hallar üçün həll yolu tapıb: Səyahətləriniz üçün paltar satışı edəcək xüsusi satış maşını.

“Uniqlo to Go” adlandırılan bu maşınlar unutqan sərnişinlərin köməyinə çatmaq üçün hazırlanmış və artıq istifadə üçün ABŞ-ın bəzi hava limanlarında və alış-veriş mərkəzlərində yerləşdirilmişdir.

Uzun səyahətləriniz zamanı hava limanında keçirməli olduğunuz vaxtda paltarlarınızı yeniləmək üçün yaxşı bir fürsət təqdim edən brendin satış maşınlarında hələlik sadəcə bədən tempraturu və təri nəzarətdə saxlamağa kömək edən 15 dollara 'termal tech tshirt' və yüngül olmağı ilə seçilən 70 dollara gödəkçələr var. Avtomatlarda hələlik yalnız bu iki məhsulun yerləşdirilməsinin səbəbi isə yəqin ki, onların asanlıqla avtomatın rəflərinə yerləşdirilə bilməsi və səyahət həyacanında olan sərnişinlərin komfortunun təmin edilməsi fikri olmuşdur.

Toxunma ekran və düymələrlə xidmət göstərən avtomat müştərilərə məhsulu almamışdan əvvəl rəng və ölçünü seçə bilmək imkanı yaradır. Müştəri seçdiyi ölçü və rəngdə olan məhsulu kiçik bir qutuda əldə edir.

Əslində səyahət zamanı sərnişinlərə əlavə komfort yaratmaq üçün bu addımı atan ilk brend Uniqlo deyil. Bundan əvvəl Best Buy səyahətlər zamanı ən çox sevilən şeylərdən biri olan səs əngəlləyən qulaqcıq və digər texnoloji məhsullarını yerləşdirdiyi avtomatlarını hava limanlarında yerləşdirilmişdi. Eyni zamanda məşhur kosmetika brendi olan Benefit Cosmetics də canlı çəhrayı rəngi ilə digər darıxıdırıcı satış maşınlarından seçilən avtomatlarında səyahət zamanı rahat istifadə oluna biləcək ölçüdə olan makiyaj məhsullarını da satışa çıxarmışdı.

İlk mağazasını ABŞ-da açdığı gündən bu günə qədər ümumilkdə 45 mağazası olan və satış məqsədlərinə tam nail ola bilməyən Uniqlonun insanların daha çox olduğu hava limanlarında və ya alış-veriş mərkəzlərində satış maşınlarını yerləşdirməyə başlaması brendin insanlar tərəfindən tanınması üçün yaxşı bir strategiya kimi dəyərləndirilir.

Mənbə: pazarlamasyon

Bu bölməyə aid digər xəbərlər.