Ordan-Burdan » Üz-üzə danışmaq istəyən məhsullar daha çox sevilir
Tarix : 2017-09-06 15:12:33 | Baxılıb : 221
Font Ölçüsü:   |  

Marketinq sahəsində istehlakçılarla daha yaxşı ünsiyyət qurmaq istəyən markalar son illərdə vizuallığa daha çox önəm verir. Bunun bir çox səbəbi olsa da, əsas təkan verici qüvvə internetdə və mobil rabitədə, xüsusilə də WhatsApp, Facebook, Messenger və s. tətbiqlərdə danışıqlarda “emoji” istifadəsi oldu. Beləliklə istifadəçilər illərdir simvollardan istifadə edərək göstərdikləri üz ifadəsi işarələrini daha rəngli və səmimi ikonlarla əvəz edib özlərini daha rahat ifadə etməyə başladı.

Bu vəziyyətin sadəcə virtual aləmdə qalmayacağı aydın idi. "European Journal of Social Psychology" jurnalında bu ay dərc olunmuş bir yazıda insanların qablaşdırması üzərində bir üz ifadəsi olan məhsulları daha çox seçdiyi qeyd olunur. Hətta bu seçimin istehlakçının yaşadığı yalnızlıq hissi ilə mütənasib olaraq artdığı da irəli sürülür. Sosial əlaqələri normal olmayan insanlar alışveriş vərdişlərini dəyişdirmək də daxil olmaqla, bu boşluğu doldurmaq üçün fərqli yolları axtarır.

Araşdırmanı aparan qrupdan olan Prof. Dr. Ulrich Orth, bundan əvvəlki araşdırmada istehlakçı davranışı və satın alma qərarları ilə sosial əlaqələr qurmağa olan ehtiyacı ölçdüklərinin üzərində durur. Bundan əlavə Orth bu araşdırmada vizual əlavənin ictimai bağlar qurmaqda və markanın bəyənilməsindəki rolunu göstərərək bundan əvvəlki araşdırmada olan əksik parçanı tamamladığını bildirir. Araşdırmadan çıxan nəticəyə görə qablaşdırması üzərində bir üz olan markalara müştərilər daha çox rəğbət bəsləyir və bu rəğbət istehlakçıdakı yalnızlıq hissi artdıqca yüksəlir.

Araşdırmada imzası olan digər bir alim, yenə Oregon Universitetindən Prof. Dr. Bettina Cornwell isə daha təsirli olmaq üçün markaların mütləq gülən və ya gülümsəyən bir üz istifadə etmək məcburiyyətində olmadıqlarını vurğulayır.

Bundan başqa araşdırmada diqqət çəkən bir çox məsələ yer alır. Nəticələr yalnızlıq hissinin insanlarda üz ifadəsi görmə istəyini artırdığını göstərir. Başqa insanlarla əlaqə qurmaqda çətinliklər onları fərqli axtarışlara istiqamətləndirir. Bu iki qarşılıqlı təsirdən çıxan nəticə istehlakçıların marka ilə əlaqəli bir üz obrazı ilə qarşılaşmağı onların sosial əlaqələr qurmaq məqsədi ilə davam edən axtarışlarının əksi olduğunu deyilir.

Texnologiyanın dayanmadan inkişafı bizə bir çox yeni imkanlar yaradıb və fərdiləşməni heç vaxt olmadığı qədər mümkün hala gətirib. Bu bir həqiqətdir. Lakin fərdiləşdikcə yalnızlaşırıqsa, yalnızlaşdıqca da bu əksikliyimizi markaların bizə təqdim etdikləri ilə təmin etməyə çalışırıqsa, sizcə də müəyyən məqamlarda bir az məsələni böyütmürük? Nə deyirsiniz?

Mənbə: pazarlamasyon

Bu bölməyə aid digər xəbərlər.