Ordan-Burdan » Verizon-dan tıxac problemini aradan qaldıran avtomobil
Tarix : 2017-03-24 13:53:03 | Baxılıb : 431
Font Ölçüsü:   |  

ABŞ mərkəzli telekommunikasiya şirkət Verizon, avtomobilləri əlaqəli hala gətirən Hum texnologiyasını tanıtmaq üçün tıxac zamanı avtomobillərin üzərindən gedə bilən bir avtomobil inkişaf etdirdi. Yalnız reklam filmində istifadə edilmək üzrə inkişaf etdirilən bu avtomobilə Hum Rider adı verilib.

Tıxac problemini aradan qaldıran Hum Rider, əslində Jeep Grand Cherokee-nin üstündə düzəldilmiş bir versiyasıdır. Bu avtomobil, xüsusi olaraq inkişaf etdirilmiş bir hidravlik qaldırıcı sisteminə sahibdir və bu xüsusi hidravlik qaldırıcı sistemi, avtomobili yerdən təqribən 1,5 metr yüksəyə qaldıra bilir.

Bunun sayəsində avtomobil, rahatlıqla digər avtomobillərin üstündən keçə bilir. Mashable-ın verdiyi xəbərə görə, reklam məqsədli avtomobillər hazırlayan və istehsal edən A2ZFX firması tərəfindən inkişaf etdirilən Hum Rider, hidravlik qaldırıcı sistemi və təkərlərin içindəki elektrik mühərriklərini işlətmək üçün Honda markalı bir generatordan güc alır.

Verizon-un Hum texnologiyası, avtomobilə yerləşdirilən bir cihaz sayəsində avtomobilin əlaqəli və ağıllı hala gəlməsini təmin edir. Sürücülər, Hum-un mobil tətbiqi üzərindən avtomobildə hər hansı bir problem olub olmadığını öyrənə bilir, sürət sərhədi nizamlaması edə bilir və bunlar kimi daha bir çox xüsusiyyətdən faydalanır. Hum + və onun daha inkişaf etmiş versiyası Humx olmaqla iki fərqli cihazla istifadəçilərə təqdim edilir.

https://www.youtube.com/watch?v=faU7-6u58zM

Bu bölməyə aid digər xəbərlər.