Ordan-Burdan » “Wall Street”də çalışanlar 138 min dollar pul mükafatı alır
Tarix : 2017-10-31 13:47:14 | Baxılıb : 103
Font Ölçüsü:   |  

ABŞ-ın finans mərkəzi olaraq qəbul edilən “Wall Street”də qiymətli kağızlar bazarında fəaliyyət göstərən şirkətlərin gəlirləri ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 32% artıb.

Facemark.az Fortuna-ya istinadən xəbər verir ki, New York əyaləti müfəttişi Tomas P. DiNapolinin ofisindən edilən yazılı şərhdə, həmin şirkətlərin gəlirləri ilin ilk 6 ayında 12,3 milyard dollara çatdığı, ötən ilin 6 ayında isə bu rəqəmlərin 9,3 milyard dollar olduğu bildirilib.

Edilən başqa bir açıqlamada isə qeyd edilib ki, “Wall Street”də çalışan şəxslərin sayı ötən il 177 min olub. 2017-ci ilin sentyabr ayından isə bu rəqəm 178 minə çatıb.

Bu firmalarda çalışan şəxslərə ötən il ümumilikdə 23,9 milyard dollar mükafat verilib. Bu il isə işçilərə veriləcək mükafatların miqdarı 4% artacağı qeyd edilib.

Açıqlamada bildirilib ki, 2016-cı ildə “Wall Street” də çalışan bir nəfərin mükafatı təxminən 138 min 210 dollar olub. 2017-ci il üçün isə mükafatın miqdarı ilə bağlı rəqəmlərin növbəti ilin baharında açıqlanacaq.

Bu bölməyə aid digər xəbərlər.