digimark » WhatsApp reklam və bank bildirişləri göndərməyə imkan verəcək
Tarix : 2016-08-29 16:15:25 | Baxılıb : 618
Font Ölçüsü:   |  

WhatsApp yaxın aylarda biznes alətlərinin testinə başlayacaq. Servis əlavə reklam və spam olmadan şirkət və istifadəçilər arasında müxtəlif ünsiyyət yollarından istifadə etməyi planlaşdırır. Məsələn, bank mesencer vasitəsilə müştərini potensial saxta əməliyyat, aviaşirkətlər uçuş gecikmələri haqqında xəbərdarlıq edə biləcək, müştəri isə alınmış mallara görə qəbz və ya çatdırılma vaxtın haqqında bildiriş alacaq.

WhatsApp bloqunda bildirilir ki, şirkət məxfilik siyasəti və şərtlərini dəyişdirdi. Bu dörd ildə ilk dəfə idi ki, baş verdi. Sənəddə şifrələmə istifadəsi faktı da qeyd olunub. Servis telefon nömrələrini reklamverənlərə satmamağa, bölüşməməyə və ya verməməyə zəmanət verir.

Lakin, Facebookla əməkdaşlıq çərçivəsində WhatsApp istifadəçilərin nömrələrini sosial şəbəkə sistemi ilə birləşdirmək niyyətindədir. Bunun müqabilində sosial şəbəkə daha dəqiq dostluq tövsiyələri və müvafiq reklam göstərə biləcək. Məsələn, insanlar heç vaxt eşitmədikləri deyil, onlara maraqlı olan şirkətlərin reklamını görəcəklər.

Yenilənmiş məxfilik siyasəti və şərtlərində WhatsApp-ın yeni istifadə qaydaları göstərilib. Söhbət sifarişlər, əməliyyatlar və işgüzar görüşlər, göndərilmə və çatdırılma haqqında bildirişlər, yeni məhsul və xidmətlər haqqında xəbərlər məlumat mübadiləsindən gedir.

Bu Facebook tərəfindən satın alındıqdan bəri pul qazanmaq istiqamətində atılan ilk addımdır. Facebook başçısı Mark Zuckerberg bildirmişdir ki, auditoriyası miliardı ötməyincə WhatsApp-dan pul qazanmayacaq.

Bu bölməyə aid digər xəbərlər.